Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:57
-
Dövlət Sərhəd Xidməti (DSX) İranla sərhəddə baş vermiş insidentlə bağlı məlumat yayıb.

Oktyabrın 11-də, hələ dan ağarmamış – saat 03:45 radələrində Yardımlının Daşkənd kəndi yaxınlığında yerləşən sərhəd keşik məntəqəsinin xidməti ərazisində xəbərdarlığa məhəl qoymayan 3 nəfər sərhəd pozucusuna atəş açılıb.
DSX-nin bildirdiyinə görə, sərhəd pozucularından biri – Yardımlı rayon sakini Mais Murtuz oğlu Abışov hər iki ayaq nahiyəsindən güllə yarası alıb və onun həyatını xilas etmək mümkün olmayıb. Digər sərhəd pozucusu – Bakı şəhər sakini Günay Azad qızı Mirseyfullayeva yaxalanıb. Sərhədi pozan 3-cü şəxs – Ramiz Murtuz oğlu Abışov təqibdən yayınmağı bacardığından onun axtarışı davam etdirilir.

Olay yerinə baxış zamanı sərhəd pozucularına məxsus bir ədəd mobil telefon va 2520 qutu “Marlboro” siqareti aşkar edilərək götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG