Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:49

Göygöl və Şəmkir sakinləri otlaq yerinə görə dalaşıblar


Arxiv foto
Arxiv foto
-
Əlbəyaxa dava 1 nəfərin ölümüylə başa çatıb. Bu barədə Göygöl rayon Polis Şöbəsindən məlumat verilib.
Bildirilib ki, Göygöl rayonu ilə Şəmkir rayonun sərhəddində heyvanların otarılması üçün nəzərdə tutulan yer üstündə dava düşüb. 4 nəfər Göygöl rayon sakini ilə 5 nəfər Şəmkirin Nərimanlı kənd sakinləri arasında yaranan davada bir neçə sakin ciddi xəsartələ Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rayonun Mollacəlilli kənd sakini 37 yaşlı Xəyyam Cəfərov ağır kəllə beyin travması aldığına görə xəstəxanada ölüb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
XS
SM
MD
LG