Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:23
-
ATƏT-in sədri, Ukraynanın xarici işlər naziri Leonid Kozhara 9 oktyabr seçkisi ilə bağlı bəyanat verib.

Ukrayna xarici işlər naizliyinin internet səhifəsində yer alan bəyanatda deyilir:

“Mən Azərbaycanda keçirilən prezident seçkisini ATƏT, Avropa Şurası, Avropa Birliyi, MDB və başqa nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyalarının, həmçinin ATƏT-ə üzv dövlətlərin milli nümayəndələrinin izləməsini alqışlayıram. Beynəlxalq müşahidəçilərin bəyanatlarında belə qənaətə gəlinib ki, ATƏT və Avropa Şurasının standartlarına uyğun olaraq prezident seçkisində bir sıra aspektlərdə tərəqqiyə nail olunub. Eyni zamanda daha da yaxşılaşdırılmasına ehtiyac olan sahələr qeyd edilib“.
Leonid Kozhara seçkini ölkənin demokratik inkişafında irəliyə doğru mühüm addım kimi dəyərləndirir, xalqı və ölkə rəhbərliyi təbrik edir:

“Ümidvaram ki, Azərbaycan demokratik təsisatların gücləndirilməsinə yönəlmiş səylərini daha da davam edəcək” deyə bəyanatda bildirilir“,

Günün bütün mövzuları

XS
SM
MD
LG