Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:04
-
ATEV təşkilatı (Azərbaycan Türkiyə Evi) 2013-cü il noyabr ayının birinci ongünlüyündə Türkiyə Cumhuriyyətinin öndəri Mustafa Kamal Atatürkün xatirəsinə həsr olunmuş "Atatürk və Türklük " adlı simpozium keçirəcəyini mediaya açıqlayıb.

Qurum bu münasibətlə eyniadlı yazı müsabiqəsi (şeir, məqalə esse, araşdırma) elan edib.

Göndəriləcək mətnlərin həcmində məhdudiyyət yoxdur.
Hətta bir müəllif müxtəlif janrda yazı göndərə bilər.

Müsabiqənin sonunda “Atatürk və Türklük” mövzusunda ən yaxşı yazı müəllifləri müəyyən edilərək mükafatlandırılacaq.

Yazılar noyabrın 5-dək gulnar.amirova@gmail.com ünvanına (əlaqə nömrəsi: (012) 510 83 31) göndərilməlidir.

Xatırladaq ki, noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa Atatürkün dünyadan köçməsinin 75 ili tamam olur.


Müsabiqə də elə bu tarixlə bağlı elan olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG