Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:56
-
Azərbaycan Bəstəkarlar İttifaqı Mədəniyyət və Turizm Nazirliyi ilə birgə rəqs kollektivləri üçün yeni əsərlərin yaradılması məqsədilə rəqs musiqisi janrında müsabiqə elan edib.

Nazirlikdən bildiriblər ki, müsabiqəyə heç bir yerdə səslənməyən və nəşr olunmayan yeni əsərlər təqdim edilməlidir.

Əsərlər simfonik və ya xalq çalğı alətləri orkestri üçün nəzərdə tutulmalı, xalq rəqs musiqisi üslubunda yazılmalı və 5-10 dəqiqəlik olmalı, fortepiano ifasında və ya səsyazma studiyasında yazılmış şəkildə səsləndirilməlidir.

Əsərlər noyabrın 25-dək Bəstəkarlar İttifaqında qəbul olunacaq.

Müsabiqənin qaliblərinə mükafatlar nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG