Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:28

İlyas İsmayılov seçkinin nəticələrinə etiraz edir


-
Ədalət Partiyasından prezidentliyə namizəd olan İlyas İsmayılov seçkinin nəticələrinə etiraz edir.

«Cəmiyyətimizdə bir qrup insan var ki, öz varlıqlarını daim ictimai gərginlik yaratmaqda, ayrı-ayrı fərdləri sındırmaqda və bütövlükdə toplumu parçalamaqda görürlər. Bu adamların nəzarəti altında keçirilən rüsvayçı seçki hətta səs çoxluğu ilə seçilmiş prezidentin qələbəsini şübhə altına alır. Deməli, bu hal da kimlərəsə lazımdır. Bu sadaladığım qənaətimi nəzərə alaraq seçkinin kütləvi qanun pozuntuları ilə keçdiyini və bunun da nəticələrə ciddi kölgə saldığını elan edirəm», - deyə bəyanatda bildirilir.
XS
SM
MD
LG