Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:20

«Evrovision-2013» uşaq mahnı müsabiqəsinə kastinq başlayıb


-
Ukraynada keçiriləcək Uşaq Evrovision mahnı müsabiqəsində Azərbaycan da təmsil olunacaq.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, bu gün—oktyabrın 10-u, saat 13.00-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan R.Behbudov adına 2 saylı onbirillik Musiqi Məktəbinin akt zalında “Evrovision-2013” uşaq mahnı müsabiqəsinin kastinqi başlayıb.

Kastinqdə uşaq musiqi və incəsənət məktəblərində təhsil alan 10-14 yaşlı istedadlı uşaqlar iştirak edir.

Xəbərdə vurğulanır ki, bu vaxta qədər keçirilən Evrovision mahnı müsabiqələrində ölkəni təmsil edən Aysel Teymurzadə, Nigar Camal, Eldar Qasımov, Fərid Məmmədov məhz R.Behbudov adına 2 saylı onbirillik Musiqi Məktəbinin məzunları olublar.

Evrovision-2013” uşaq mahnı müsabiqəsi 2013-cü noyabrın 30-da keçiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG