Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:12

Gənc Tamaşaçılar Teatrı Rusiyadan qastrol səfərindən dönüb


Azerbaijan - Youth Theatre in Baku, undated
Azerbaijan - Youth Theatre in Baku, undated
-
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasından-- mövsümün ilk qastrol səfərindən dönüb.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən bilgiyə görə, sentyabrın 30-dan oktyabrın 7-dək davam edən qastrol Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmık Respublikasının B. Basanqov adına Milli Dram Teatrlarında həyata keçirilib.

Kollektiv teatrın repertuarında olan 3 maraqlı tamaşa ilə çıxış edib.

Oktyabrın ilk iki günündə teatr Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında Xalq şairi Rəsul Rzanın “Ana qaz” əsəri əsasında hazırlanmış allegorik bir hissəli pantomim-tamaşa ilə azyaşlı tamaşaçılarının görüşünə gəlib.

“Ana qaz” tamaşası məktəblilər, valideynlər və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb və Həştərxan şəhər teatr ictimaiyyəti, eləcə də tamaşaçılar tərəfindən aktyorların peşəkar oyunu, istedadlı rejissor işi haqqında yüksək fikir söylənilib.

Oktyabrın 4-dən – 6-dək kollektiv Kalmik Respublikasının Elista şəhərində yerləşən B. Basanqov adına Milli Dram Teatrında Rəsul Rzanın “Ana qaz”, İşveç dramaturqu Lars Nurenin “Müharibə” və alman yazıçısı və ssenaristi Patrik Züskindin “Kontrabas” əsərləri əsasında hazırlanmış tamaşalarla çıxış edib.

Xəbərdə bildirilir ki, ikitərəfli yaradıcılıq müqaviləsinə əsasən, bu ilin noyabr ayında Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı, gələn ilin mayında Kalmık Milli Dram Teatrının Azərbaycanda qastrol səfərlərinin həyata keçirilməsi nəzərdə tutulub.

2014-cü ilin aprel ayında isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Kalmık Milli Dram Teatrına qastrol səfəri barədə razılıq əldə olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG