Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:20

Bakı Sərgi Mərkəzində sosial-iqtisadi inkişafla bağlı sərgi keçirilib


Arxiv foto
Arxiv foto
-
Oktyabrın 10-da Bakı Sərgi Mərkəzində “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi açılıb.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olublar.

Sərginin üç pavilyonunda Azərbaycanın sənaye, energetika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sahibkarlıq, nəqliyyat, turizm, fövqəladə hallar, şəhərsalma, səhiyyə, elm və təhsil, gənclər və idman, ekologiya, su və kanalizasiya, mədəniyyət və digər sahələrdə qazandığı nailiyyətlər, regionların sosial-iqtisadi inkişafının əsas göstəriciləri nümayiş etdirilir.

Mərkəzin birinci sərgi salonunda 14 sahə üzrə 51 dövlət qurumu və 70-dən artıq özəl şirkət təmsil olunur.

Dövlət başçısı və xanımı sərginin “Makroiqtisadiyyat”, “Sənaye”, “Energetika”, “İnformasiya və kommunikasiya texnologiyaları”, “Nəqliyyat”, “Fövqəladə hallar”, “Şəhərsalma və dövlət əmlakı”, “Xarici siyasət”, “Gənclər və idman”, “Mədəniyyət və turizm”, “Sosial inkişaf və xidmətlər”, “Ekologiya”, “Su və kanalizasiya”, “Aqrar-sənaye kompleksi” bölmələrindəki stendlərə baxıblar.

Sonra prezident və xanımı ikinci sərgi salonunda regionların sosial-iqtisadi inkişafına həsr edilmiş pavilyonlarla tanış olublar. Burada quraşdırılmış stendlərdə Dövlət proqramları çərçivəsində hər bir rayon üzrə görülən işlər geniş əks olunub. Stendlərdə regionlarda aparılan abadlıq-quruculuq işləri, açılmış müəssisələr və iş yerləri, istifadəyə verilmiş sosial obyektlər və s. barədə geniş məlumatlar verilir.

Bakı Sərgi Mərkəzinin üçüncü salonundakı 300 nəfərlik konfrans zalında “Heydər Əliyev Fondu Azərbaycanın dinamik inkişafına xidmət edən layihə və proqramlar həyata keçirir” mövzusunda təqdimat, qapalı zalda isə “Azərbaycan: Dünən və bu gün” filmi nümayiş etdirilir. Burada, həmçinin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus stend quraşdırılıb.

Sərginin açıq havada təşkil edilmiş hissəsində isə müxtəlif dövlət qurumları və şirkətlər tərəfindən bir sıra texnika və avadanlıq, eləcə də Azərbaycanda istehsal olunmuş məhsullar nümayiş etdirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG