Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:16

YAP icraçı katibi: «İlham Əliyevi təbrik edə bilərik»


-
«Xalqın dəstəyi sayəsində İlham Əliyev növbəti 5 ildə də Azərbaycana rəhbərlik edəcək».

Bunu oktyabrın 9-da Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib:

«Keçirilən «exit-poll»arın nəticələrinə əsasən, İlham Əliyev seçicilərin 83%-dən çoxunun səsini qazanıb. Ümid edirik ki, yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyası da nəticələri gecikdirməyib elan edəcək».

YAP-ın sədr müavini Milli Şuranın namizədi Cəmil Həsənlinin seçkilərin saxtalaşdırılması haqda dediklərinə belə münasibət açıqlayıb:

«Cəmil Həsənli və müşahidəçiləri ağıllarına nə gəlir danışa bilərlər, amma həqiqət artıq göz qabağındandır - xalq İlham Əliyevin yanındadır. Seçkilər ərəfəsində təbliğat-təşviqat kampaniyalarında da üstünlük İlham Əliyevdə oldu… Etiraz etmək onların hüququdur və bunun üçün onlara yer də ayrılıb. Azərbaycanda keçirilən prezident seçkilərinə beynəlxalq təşkilatlar tərəfindən ciddi maraq olub. Dünyanın 100 ölkəsini təmsil edən 1400-ə yaxın beynəlxalq müşahidəçi seçkilərin gedişini izləyib. Çoxsaylı müşahidəçilərin məlumatları təsdiq edir ki, İlham Əliyev bu seçkilərdə böyük və inamlı qələbə qazanıb. Bu qələbənin kökündə son beş ildə Azərbaycanda həyata keçirilmiş nəhəng layihələr, böyük işlər və əzəmətli nailiyyətlər dayanır».

Şərhləri göstər

XS
SM
MD
LG