Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:35

New York operası müflis oldu


“New York City Opera”, 2005
“New York City Opera”, 2005
-

Nyu-Yorkun ikinci böyük operası – “New York City Opera”müflis olduğunu elan edib.

Səbəb maliyyə problemləridir. Operanın direktoru George Steel deyir ki, o, hər il 18 milyon dollar qədər iyanə toplamağa nail olsa da, bu, kifayət etməyib.

Xeyriyyə fondları və zəngin xeyriyyəçilər bu mədəniyyət ocağına verdikləri iyanənin məbləğini azaldıblar.

Bu da Amerikadakı maliyyə böhranının təsiri sayıla bilər.

Amma operanın problemləri 2003-cü ildən başlanıb. İldən-ilə borc üstünə borc gəlib.

Amma operanın müğənniləri, çalğıçılarının bir çoxu elə Steel-in özünü ittiham edir. Onu 2009-cu ildə direktor təyin olunandan sonra pula qənaət etmək üçün operanı, kirələdiyi Linkoln Mərkəzindən çıxarmaqda, faktiki, səyyar operaya çevirməkdə, beləliklə də əhəmiyyətinin azalmasına səbəb olmaqda suçlayır.

Opera 70 il qabaq yaradılıb – Nyu Yorkun o zamankı meri Fiorello LaGuardia-nın təşəbbüsü ilə.

O vaxt “City Opera” şəhərin ən böyük operası – zəngin “Metropolitan Opera”ya alternativ olaraq yaradılmışdı.

Mer “City Opera”ya “xalq operası” demişdi. Beverly Sills və Placido Domingo kimi gənc müğənnilər vaxtilə New York debütlərini məhz burada ediblər.

Bir çox innovativ operalar da məhz “City Opera”da səhnəyə qoyulub.

Qapılarını bağlayan opera indi yardım üçün hökumətə müraciət edib. Amma yardım alıb-almayacağı bilinmir.

("New York City Opera"da komik operanın treyleri, 2012)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG