Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:12

Cəmil Həsənli seçkisonrası suallara cavab verir [Video]


Cəmil Həsənli
Cəmil Həsənli
-
Oktyabrın 9-da, prezident seçkilərindən dərhal sonra- saat 23:00-da Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli AzadlıqRadiosunda dinləyicilərin suallarını cavablandırıb:






Cəmil Həsənli canlı efirdə bu fikirləri səsləndirib:

- Seçicilərin 65-70 faizi mənə səs verib...

- Seçkilərdə mən tək Bakının yox, bütün Azərbaycanın maraqlarını ifadə etmişəm.

- YAP hakimiyyəti seçkini də oğurladı.

- Seçkilərin belə nəticələri ancaq Şimali Koreyada ola bilər.

- Mən bu mübarizəyə qoşulanda beynəlxalq təşkilatlardan heç nə gözləməmişəm. Mənim bütün gözləntilərim xalqdandı.

- Qaragünlü millətin ziyalısının ağ kəfəndə ölmək haqqı yoxdur.

- Diktatorlar öz xoşlarıyla getmirlər.

- BDU hər zaman ictimai fikrin mərkəzi olub. BDU müəllimləri Hafiz Hacıyevin mitinqinə getməsi rüsvayçılıq idi.

- Mən böyük müəllimimiz Ziya Bünyadov kimi heç kimdən və heç nədən qorxmuram və hər şeyə hazıram.

- Mən bu gün özümü həbsdə yatan NİDA-çı gənclərdən artıq hesab etmirəm...
XS
SM
MD
LG