Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:59

Naxçıvanda müşahidəçi təzyiqlə üzləşdiyini deyir


Azərbaycanda seçkilər

Azərbaycanda seçkilər

-
Naxçıvan sakini Nazim Mahmudov müşahidəçi olduğu məntəqədən polisin təzyiqi ilə uzaqlaşdığını bildirir. O, Şərur rayonunun Zeyvə kəndində yaşayır. Dediyinə görə, 7 saylı Ordubad-Culfa Seçki dairəsinin 10 saylı Nüsnüs kənd məntəqəsində öz təşəbbüsü ilə müşahidəçilik edirmiş. Nazim Mahmudovun sözlərinə görə, Şərur Rayon Polis Şöbəsinin əməkdaşları hələ seçkidən bir müddət əvvəl ona hədə-qorxu gəlirmiş:
“Bir müddətdir müşahidəçi kimi könüllü şəkildə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) ilə əməkdaşlıq edirdim. Şərur RPŞ-nin rəisi Məhəmməd Hüseynov bir neçə dəfə mənə xəbərdarlıq etmişdi ki, seçki məsələlərindən uzaq durum. Mən də pis iş görmədiyimi, istəyimin seçkilərin demokratik keçirilməsi olduğunu bildirirdim. İş o yerə çatdı ki, Məhəmməd müəllim qardaşımı üstümə qaldırdı. Seçkiyə bir gün qalmış qardaşım balta-bıçaqla mənə və ailə üzvlərimə hücum etdi ki, bu yoldan çəkilim. Mən razılaşmadım və dərhal bu haqda polisə məlumat verdim. Polis baş verən hücumu araşdırmaq yerinə məni borclu çıxardı”.
Nazim Mahmudov deyir ki, seçki günü müşahidəçilik etdiyi məntəqədən də elə Şərur rayon polis idarəsinin əməkdaşlarının təzyiqindən sonra uzaqlaşıb:
“Bu gün müşahidəçilik etdiyim Ordubad rayonun Nüsnüs kəndindəki məntəqədə məlumat aldım ki, qardaşım bıçaqla, baltayla yenə bizim evimizə hücum çəkib ki, mən niyə seçkiyə müşahidəçi kimi qatılmışam. Daha sonra Şərur rayon polisləri zəng edərək, məni hədələdilər və məntəqəni tərk etməyimi tələb etdilər. Mən də ailəmin təhlükəsizliyi üçün onların tələbi ilə razılaşdım. İndi ailəmdən xəbərim yoxdur. Bilmirəm ki, qorxudan hara qaçıb gizləniblər”.
Şərur Rayon Polis Şöbəsinin rəisi Məhəmməd Hüseynov isə bütün iddiaları rədd edir:
“ Deyilənlər yalandır. O kimi görüb ki, ona da təzyiq etsinlər? O Ordubadda müşahidəçidir, mən burdayam. Necə təzyiq edə bilərəm? Boş-boş danışır. Kim onun qardaşını öyrədir?”
XS
SM
MD
LG