Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:35
-
Jurnalistlər üçün brifinq keçirən MSK sədri Məzahir Pənahov bütün ölkə boyu ayrı-ayrı seçki məntəqələrində eyni dəst-xəttin hiss olunduğunu diqqətə yetirib. Onun dediyinə görə, özünü AXCP üzvü kimi təqdim edənlər ya səsverməyə əngəl törədir, ya da seçicilər etiraz etsələr də, onların səsvermə prosesini çəkməyə çalışır:

«Seçki məntəqəsində videoçəkiliş aparmağa maneə yoxdur, amma seçici özü istəmirsə, bunu çəkmək olmaz».

Məzahir Pənahov Zərdab, Zaqatala və digər seçki dairələrində seçicilərin videoçəkilişlərdən narazı qaldığını misal göstərib.

MSK ARAŞDIRIR

MSK sədri seçki məntəqələrindən birində özünü «Azadlıq» qəzetinin müxbiri kimi tanıdan Xaqani Əliyevin seçicilərin məntəqəyə girişinə, o cümlədən səsverməyə mane olduğunu və bu halın aktlaşdırıldığını diqqətə yetirib. O, başqa bir şəxsin Cəlilabadda 10 bülleteni götürüb aradan çıxmasından və indi onun axtarılmasından da söz açıb.

Məzahir Pənahovun dediyinə görə, Zaqatalada Cəmil Həsənlinin nümayəndəsi Əli Soltan səsvermənin dayandırılmasını tələb edib və bu tələbini seçki qutusunda bülletenlərin çoxluğuyla əsaslandırıb. MSK sədri bu məsələnin araşdırıldığını bildirib.

«MEDİADA GEDƏN BİR SORĞUDAN İSTİFADƏ OLUNUB»

Məzahir Pənahov oktyabrın 8-də axşam saatlarında sosial şəbəkələrdə yayılan mobil-elana da aydınlıq gətirib. O, sözügedən elanın sınaq xarakteri daşıdığını və bu zaman mediada əksini tapmış bir sorğudan istifadə olunduğunu deyərək, bu barədə hay-küy qoparmağı əxlaqsızlıq kimi qiymətləndirib.

MSK sədri sosial şəbəkələrdə yayılan və 98 saylı Şəmkir Seçki Dairəsinin 19 saylı məntəqəsində qutuya topa bülletenlər atıldığını göstərən videoiddia barədə AzadlıqRadiosunun sualını da cavablayıb.

Onun fikrincə, həmin videosüjet quramadır və dünən MSK-nın mobil elanı ilə bağlı sosial şəbəkələrdə yayılanların tərkib hissəsidir:

«Mən özüm də görəndə məəttəl qaldım. Orada nə qədər seçici var ki, 3 qutu birdən qoyulub? Kimdir o adamlar ki, o qutuya bülleten doldururlar? Məndə o təəssürat yaranır ki, bayaq sizə dediyim o mobil-elanla bunun arasında əlaqə var. Əvvəl onu qabartdılar, indi də bu videonu...».

«SİZİN ÜNVANINIZA DEMƏK İSTƏMİRƏM...»

Məzahir Pənahov 26 saylı məktəbdə oxuyan şagirdlərin valideynlərinin öncə iclasa qatılmaları və sonra 13 saylı Xəzər Seçki Dairəsinin 9 və 10 saylı məntəqəsində səs verməyə məcbur edilmələrinə dair AzadlıqRadiosunun sualını cavablarkən deyib ki, təsdiqini tapmamış məsələlərə cavab vermək istəmir.

Bir sıra media orqanlarında seçki pozuntuları ilə bağlı məlumatın yer alması ilə bağlı AzadlıqRadiosunun bir başqa sualına MSK sədrinin cavabı belə olub:

«...Saytlarda yazılıb. Belə əxlaqsız işlər görməyin. Sizin ünvanınıza demək istəmirəm, amma belə işlərlə məşğul olmayın».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG