Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:31

Seçkini «öz təşəbbüsü» ilə izləyən müşahidəçilər kimlərdir?


18 saylı Nərimanov-Nizami seçki dairəsinin 15 saylı məntəqəsi

18 saylı Nərimanov-Nizami seçki dairəsinin 15 saylı məntəqəsi

-
Seçkidə müşahidəçilərin işi onların faktik olaraq prosesdən kənarda qalması baxımından diqqət çəkdi. AzadlıqRadiosu müxbirlərinin baş çəkdikləri əksər məntəqələrdə müşahidəçilər məntəqənin bir küncünə «sıxışdırılmışdı». Onlar, olsa-olsa, yalnız seçki qutularını və seçki kabinələrini görürdülər; seçici barmaqlarının mürəkkəblənməsini, bülletenlərin kəsilməsini, şəxsiyyət vəsiqələrinin yoxlanmasını yaxından izləmək imkanları yox idi. Bu, fiziki olaraq, mümkün deyildi.

Bununla belə, əksər hallarda müşahidəçilər, necə deyərlər, «hallarından şikayətçi görünmürdülər». Bəziləri məntəqə komissiyasının üzvü kimi davranmaqdan da çəkinmirdi. Xüsusən, qadın müşahidəçilər fürsətdən yararlanıb söhbətləşir, dərdləşir, qəzet, ya kitab oxuyur, yaxud mobil telefonlarına «sarılırdılar».

«ŞƏFFAFLIĞI MÜŞAHİDƏ EDİRİK»

18 saylı Nərimanov-Nizami seçki dairəsinin 14, 15 və 16 saylı məntəqələri 12 saylı orta məktəbdə yerləşir. Səhər saat 9 radələridir. 15 saylı məntəqədə müşahidəçilər bir ağızdan seçkinin şəffaf şəkildə keçdiyini deyirlər. Onlar «öz təşəbbüsləri» ilə müşahidəçi kimi qeydə alındıqlarını söyləyirlər:

– Seçki şəffaf keçir. Əsas məsələ qutuların möhürlənməsi, bülletenlərin atılmasıdır ki, bunları da müşahidə etdik.
– Öz təşəbbüsümüzlə qeydə alınmışıq.
– Şəffaflığı müşahidə edirik.

Təxminən yarım saat sonra ATƏT müşahidəçisi eyni sualı məntəqə sədrinə verəndə, o, əvvəlcə karıxdı, daha sonra «müşahidəçilərdən birinin Ümid Partiyasının, digərlərininsə o biri partiyaların təmsilçiləri olduğunu» söylədi. ATƏT təmsilçisi müşahidəçilərə yaxınlaşanda, onlar nə cavab verəcəklərini bilmirdilər.

MÜŞAHİDƏÇİ VƏSİQƏSİ İLƏ GƏZƏN GƏNCLƏR

33 saylı Xətai Seçki Dairəsinin 22 saylı məntəqəsi idman zalında təşkil olunduğundan müşahidəçilər zalın bir kənarında oturmuşdu. 33 saylı Xətai Seçki Dairəsinin 14 saylı məntəqəsi.

33 saylı Xətai Seçki Dairəsinin 14 saylı məntəqəsi.

«Öz təşəbbüsü» ilə müşahidəçilik edənlər burada da vardı. Onların bir neçəsi elə məntəqənin yerləşdiyi 261 saylı məktəbin müəlliməsi idi.

AXCP-dən müşahidəçi Bəylər Orucov AzadlıqRadiosuna saat 11-dək həmin məntəqədə 100-dən çox seçicinin səs verdiyini, şəxsən özünün ciddi pozuntu qeydə almadığını söylədi.

Müşahidəçi vəsiqəsi ilə gəzişib duruma göz yetirən gənclər bütün məntəqələrdə diqqət çəkirdilər. İdmançı görkəmli bir müşahidəçi 33 saylı Xətai Seçki Dairəsinin 23 saylı məntəqəsində AzadlıqRadiosunun müxbirinə çəkiliş aparmağa imkan verməyərək, məntəqədən çıxmasını istədi.

«BƏLKƏ TERRORÇUDUR?!»

Hər şey məntəqədə ön sırada oturmuş müşahidəçi xanımlardan birinin müxbirin foto çəkməsinə etirazından başladı. Qadın məntəqə üzvlərinə üz tutub – «Niyə hər gələni içəri buraxırsınız? Bəlkə təxribatçıdır, terrorçudur!» – deyə çığır-bağır saldı. AzadlıqRadiosu müxbirinin sənədlərini təqdim etməsi, Seçki Məcəlləsini, Cinayət Məcəlləsini xatırlatması da işə yaramadı. Komissiya sədri çəkilişə icazə vermədiyini bildirdi.

İdmançı görkəmli müşahidəçi müxbiri məntəqədən çıxararaq, qapıları da bağladı. Müxbir bayırdan həmin şəxsin fotosunu çəkmək istəyəndə, içəridən müşahidəçi vəsiqəsi olan daha iki kişi gələrək, müxbiri polis çağırmaqla hədələdi.

Daha iki kişi gələrək, müxbiri polis çağırmaqla hədələdi.

Daha iki kişi gələrək, müxbiri polis çağırmaqla hədələdi.

33 saylı dairənin 14 saylı məntəqəsi isə 95 saylı tam orta məktəbdə yerləşir. Həmin məntəqədə daha çox müşahidəçi vardı. Küncə qısılmış müşahidəçi qadınlar xısın-xısın söhbətləşirdilər.

SEÇİCİYƏ YAXIN DÜŞƏ BİLMƏYƏN MÜŞAHİDƏÇİ

Bu məntəqədə iki gənc seçki masasına yaxın durmağa, prosesi daha yaxından izləməyə cəhd göstərirdi. Onlardan biri – Milli Şuranın təmsilçisi Şəfi Şəfiyev müşahidəçilərə bərabər imkan yaradılmadığını, pozuntunun aktlaşdırıldığını deyir:

«Seçki Məcəlləsinin müvafiq bəndini də xatırlatdıq, ancaq xeyri olmadı. Məntəqə üzvləri ilə eyni səviyyədə müşahidə imkanımız olmalıdır».

123 saylı Kəlbəcər Seçki Dairəsinin 3 saylı məntəqəsində cəmi 2 kişi müşahidəçi gözə dəyirdi. Hər ikisi YAP-ın nümayəndəsi olduqlarını bildirdi. Kiminsə «tez olun, çəkiliş var» sözlərindən sonra otağa təngnəfəs iki gənc xanım da daxil oldu. Onların da müşahidəçi vəsiqələri vardı.

«Siz hansı namizədin müşahidəçisiniz?» sualına hər ikisi karıxıb qaldı. Bu zaman məntəqə sədri Firuzə İsmayılova köməyə gəldi və onların öz təşəbbüsləri ilə müşahidəçi olduqlarını dedi.

Şərhləri göstər

XS
SM
MD
LG