Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:10

Cəmil Həsənli: "Seçki azad olsa, seçkini udacağıma şübhəm olmaz" (Xarici media icmalı- yenilənir)


Azerbaijan -- A woman leaves a voting booth during the presidential elections at a polling station in Baku, October 9, 2013

Azerbaijan -- A woman leaves a voting booth during the presidential elections at a polling station in Baku, October 9, 2013


Türkiyənin Anadolu Ajansı “Aliyev yenidən cumhurbaşkanı” sərlövhəli məlumatında yazır ki, Türkiyənin baş naziri Recep Tayyip Erdogan, prezident Abdullah Gül seçkilərin rəsmi olmayan ilk nəticələrindəm sonra telefonla zəng edərək İlham Əliyevi təbrik ediblər.

İlham Əliyev isə cavabında deyib ki, növbəti prezidentliyi dövründə ilk xarici səfərini qardaş Türkiyəyə edəcək.

Anadolu Ajansı yazır ki, seçkilərin rəsmi olmayan ilk nəticələri İlham Əliyevə səslərin 84,68 faizinin verilıdiyini göstərir.

***

Reuters seçki başa çatan kimi nəticəsi ilk elan olunan exit-poll haqda məlumat verir. Məlumatda deyilir ki, bir sıra Azərbaycan QHT-lərinin keçirdiyi həmin exit-poll İlham Əliyevə səslərin 83,9 faizini, müxalifətin əsas namizədi Cəmil Həsənliyə isə 8,2 faizini verir.

***
66 yaşlı biznesmen və keşmiş siyasətçi Əli Təhməzov Reutersə deyib ki, o, İlham Əliyevə səs verib, çünki İlham Əliyev effektiv lider olduğunu sübut edib. Təhməzov: “O, 2003-cü ildən sübut edir ki, ölkəyə rəhbərlik edə bilir. O, 4-cü, 5-ci dəfə də prezident ola bilər. Yaxın 10-15 ildə ona alternativ görmürəm”.

19 yaşlı tələbə Ənvər Həsənli isə deyir ki, “mən ölkəmizdə dəyişikliklər istəyirəm. İlham Əliyevin başçılıq etdiyi bu hökumət Azərbaycanı çox idarə edib”.

Reuters daha sonra Cəmil Həsənlinin dediklərini sitat gətirir ki, “biz pozuntular haqda məlumatları toplayırıq və onlar deməyə əsas verir ki, seçki demokratik olmayıb”.

***

Seçkidən qabaq Cəmil Həsənli Frans Press Agentliyinə deyib ki, “seçki azad, demokratik və düzgün olsa, seçkini udacağıma heç bir şübhəm olmaz".

Frans Pressin müxbiri seçki məntəqlərində olub.

25 yaşlı marketinq direktoru Rizvan Səmədov deyib ki, “Mən təbii olaraq indiki prezident İlham Əliyevə səs verəcəyəm.” “Onun rəhbərliyi ilə ölkə doğrudan da inkişaf edib”.

Səmayə Ələkbərova adlı müəllimə isə “indiki hakimiyyətə etimadım itib”- deyib. O, müxalifət namiəzdinə səs verəcəyini bildirir.

Frans press Azərbaycan müxalifətinin parçalandığını və zəiflədiyini də yazır.

Agentliyin məlumatında o da deyilir ki, insan haqları qrupları seçki ərəfəsi hakimiyyətin narazıları susdurmasını, həbsə atmasını tənqid edir.

Amnesty İnternational insan Haqları təşkilatının Avropa və Asiya Direktoru John Dalhuisen deyir ki, narazıların böyük sayda və sürətlə cəzalanması bunu izləməyi də çətinləşdirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG