Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:23
-
Rayon mərkəzinin ətraflarında və kəndlərdə yerləşən seçki məntəqələrində seçici aktivliyi zəif idi.

77 saylı Astara Seçki Dairəsinin 5 saylı məntəqəsində bir saat ərzində 20-yə yaxın seçici gəldi. Səsvermə elan edilmədən seçicilər içəriyə daxil oldular. Məntəqə seçki komissiyasının sədrinin verdiyi məlumata görə, ərazidə 1426 seçici var. Bunlardan 26-sı xəstə olduqları barədə məntəqəyə müraciət ediblər.

Seçici siyahılarında «ölü canlar» da aşkarladıq. Həmin dairənin 3 saylı mətəqəsinin seçici siyahısında vəfat etmiş İqbal Axundov, Rəfiqə Cəfərova, 4 saylı məntəqədə Beytulla Tarverdiyev, 5 saylı məntəqədə isə Mərhəmət Hüseynovun da adları var idi.

73 saylı Lənkəran şəhər Seçki Dairəsinin 25 saylı məntəqəsində seçicilər kabinaya iki-iki daxil olurdular. Müşahidəçi seçicilərə seçim etməyə kömək edirdi, bəzən kabinaya o özü də daxil olurdu. Bizə bildirdilər ki, saat 12-yə olan məlumata görə, 391 nəfər səs verib.

76 saylı Lənkəran-Astara Seçki Dairəsinin 23 saylı məntəqəsində seçici yox idi. Bu məntəqə Pensər kəndində yerləşir. Kənd sakinlərin aktivliyi çox aşağa idi. Məntəqədə bizə bildirdilər ki, saat 12-yə olan məlumata görə 610 nəfər səs verib.

Yaxınlıqda yerləşən həmin dairənin 21 saylı məntəqəsində isə saat 12-yə 440 nəfər səs vermişdi.

Cəmil Həsənlinin nümayəndəsi Azad Şəfiyevin bildirməsinə görə, 73 saylı Seçki Dairəsinin 11, 12, 22 saylı məntəqələrində su təsərrüfatı işçiləri öz şəxsi maşınlarında «karusel əməliyyatı» aparıblar. Ancaq komissiya rəhbərliyi bu deyilənləri təkzib edir.

Şərhləri göstər

XS
SM
MD
LG