Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:58

Fərhad Əliyev həbsxanada səs verib- [Video]


-
"Mən bundan əvvəl də vahid əqidəmin sahibi ilə əlaqədar xüsusi bəyənatla çıxış etmişəm, bu gün də seçkiyə gələrək öz mövqeyimi bir daha bildirdim".
Bu sözləri keçmiş iqtisadi inkşaf naziri Fərhad Əliyev 2 saylı Cəzaçəkmə Müəssisəsində yaradılmış 14 saylı Xəzər dairə seçki komissiyasının 36 saylı məntəqəsində seçici hüququndan istifadə edərkən jurnalistlərə deyib.

Onun sözlərinə görə, müəssədə seçkilərin demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb: "Azərbaycanın müstəqilliyi, təhlükəsizliyi, sabitliyinə təminat verən prezdentə səs verdim. Yüksək istedadına, dövlətçilik və idarəçilik bacarığına bələd olduğum şəxsə səs verdim".
36 saylı məntəqədə seçici siyahısında 1210 nəfər qeydiyyata alınıb.
2 saylı Cəzaçəkmə Müəssisəsində ağır, xüsusilə ağır cinayət törətmiş şəxslər cəza cəkir. (APA)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG