Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:30

Beyləqanda müşahidəçi döyülüb


81 saylı Beyləqan Seçki Dairəsinin 8 saylı məntəqəsində AXCP sədri Füzuli Qəhrəmanlı

81 saylı Beyləqan Seçki Dairəsinin 8 saylı məntəqəsində AXCP sədri Füzuli Qəhrəmanlı

-
Bu haqda AzadlıqRadiosuna Füzuli Qəhrəmanlı özü məlumat verib:
«Mən Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi məntəqədə mütəmadi qanun pozuntularını müşahidə edirdim. Komissiya sədri və katibi ilə bununla bağlı mübahisəm oldu. Məni təhqir elədilər. Qapıdan çıxanda isə arxadan burnuma zərbə endirildi. Çevrilmək istəyəndə ikinci zərbə vuruldu. Bundan sonra nə baş verdiyini xatırlamıram, qan içindəydim, gözüm tutulmuşdu».
Füzuli Qəhrəmanlı deyir ki, polis şöbəsində ondan ilkin izahat alınıb:
«İndi isə xəstəxanada həkim müayinəsindəyəm. Həkim deyir əməliyyat olunmalıyam».
81 saylı Beyləqan Seçki Dairəsinin sədri Azər Əliyev AzadlıqRadiosuna deyib ki, hadisə məntəqədə yox, kənarda baş verib:
«Çöldə dalaşıblar, məntəqənin yerləşdiyi ərazidə, adını qoyublar ki, hadisə məntəqədə olub. Məntəqədə belə hadisə baş verməyib».

Şərhləri göstər

XS
SM
MD
LG