Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:44

Gəncədə seçki məntəqəsinin qarşısında növbə var...


Bir kabinədə 2 nəfər səs verir.

Bir kabinədə 2 nəfər səs verir.

-
Gəncə şəhər 39 saylı 2-ci Kəpəz rayon dairəsinin 20 saylı məntəqəsinin qarşısında saat 11 radələrində növbə yaranmışdı.

5-10 nəfərlik qrupla binanın qarşısındakı parkda toplanmış adamlar növbə ilə binaya daxil olurdular. Əksəriyyəti dövlət büdcəsindən maliyyələşən qurumların işçiləri idi. Hər bir kəs səs verəndən sonra sədrdən möhürlü kağız tələb edirdi. Seçici Sərminaz Qurbanova Gəncədəki xəstəxanaların birində xadimə işləyir:

- Möhürlü kağızı nə üçün aldınız?

- İş yerinə təqdim etmək üçün.

Bundan başa 38 saylı dairənin 17 saylı məntəqəsində bir seçici 2-ci dəfə səs verib. O, əlini mürəkkəbləməyə də etiraz edib. Sədr onun kameraya çəkildiyini görür və bu seçicinin səs verməsinə etiraz edir. Lakin məntəqə üzvü onu qeydə alaraq yenidən səsverməyə göndərir.

39 saylı dairədə bir kabinədə 2 nəfər səs verirdi. Yanında dayanmış məntəqə üzvləri heç bir reaksiya vermirdi.

39 saylı dairənin 3 saylı məntəqəsinin sədri Mətanət Cəfərova bir-bir seçicilərə möhürlü kağız verir:

- Bu kağızları nə üçün verirsiz?

- Bunu ona görə veririk ki, bu adamlar səsvermədə iştirak ediblər.

- Kağızlar hara təqdim olunur?

- Biz seçicilərimizə veririk. Könüllü, kim istəyir veririk.

BÜTÜN AİLƏ ÜZVLƏRİNİN YERİNƏ SƏS VERƏN QADIN...

Gəncə şəhər 39 saylı dairənin 14 saylı məntəqəsində səs verən Fatma Məmmədova bütün ailə üzvlərinin bülletenlərini götürür. Qeydiyyatdan keçir. Bir dəfə səs verir. Sonra onu yenidən qeydiyyata alırlar.

Səs verənlər məntəqədən çıxaraq yenidən növbəyə dayanırlar. Xüsusi təyin edilmiş adamlar var. İki bacının səs verməsi videoya düşsə də, «ikinci dəfə niyə səs verməyə keçirsiniz» sualına – «mən yox, bacım keçəcək» cavabını alırıq. Qapıda duran nəzarətçilər onların əllərinin işarələnib-işarələnmədiyini belə yoxlamır.

Şərhləri göstər

XS
SM
MD
LG