Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:05

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı polisə çağırılıb


 Fuad Gahramanli

Fuad Gahramanli

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu barədə Turana Fuad Qəhrəmanlının özü məlumat verib.Onun sözlərinə görə, o idarədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhləb Bağırov və Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyevlə görüşüb.

Fuad Qəharamanlının sözlərinə görə buna səbəb onun seçkilərdən sonra mitinqlərə başlanılacağını deməsi olub: “Mən onlara dedim ki, bizim ixtişaş yaratmaq fikrimiz yoxdur və biz sərbəst toplaşma azadlığı haqqında qanuna uyğun davranırıq. Onlar isə mənə xəbərdarlıq edərək, məsuliyyət daşıdığımı bildirdilər”.

Məlumatlara görə, Fuad Qəhrəmanı bundan əvvəl seçkilərdə saxtakarlığa yol veriləcəyi halda Milli Şuranın kütləvi aksiyalara başlayaçağını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG