Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:37

Apellyasiya Məhkəməsi Elşad Abdullayevin işi ilə bağlı tutulan iş adamının şikayətinə baxır


Bakı Apellyasiya Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun şikayəti əsasında ilkin məhkəmə baxışı keçirilib.

APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışının istintaqsız aparılması barədə qərar qəbul edilib.Baxış iclası isə oktyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib, Mahir Abdullayevi tapa biləcəyi barədə yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları alıb.O dələduzluqda ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Kazımov 3 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG