Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:53

Rusiya Niderlandan üzr istəməyi tələb edir


Rusiya hökuməti Niderlanddan Haaqadakı Rusiya səfirliyinin müşaviri Dimitri Borodinlə baş verən insidentə aydınlıq gətirilməsini gözləyir.Xarici işlər nazirliyinin yaydığı bəyanatda deyilir ki, Moskva buna yerli vaxtla saat 18-dək aydınlıq gıətirilməsini istəyir.

Niderlandın Rusiyadakı səfiri Ron Van Dartel bu gün xarici işlər nazirliyinə çağrılıb və ona bildirilib ki, Moskva təkcə günahkarların cəzalandırılmasını yox, diplomatın ailəsinə dəyən ziyana görə rəsmi üzr istənilməsini tələb edir.

Bazar ertəsi verilən məlumata görə naməlum adamlar diplomatın evinə hücum edib, diplomatın özü isə döyülüb.
XS
SM
MD
LG