Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:42

Həcc ziyarətinə gedənlər üçün seçki məntəqəsi yaradılıb


Məzahir Pənahov

Məzahir Pənahov

-
52 min yerli, 1400 beynəlxalq müşahidəçi, 100 xarici KİV nümayəndəsi seçkiləri izləmək üçün MSK-dan qeydiyyatdan keçib.

Bunu Komissiya sədri Məzahir Pənahov oktyabrın 8-də Hilton otelində keçirdiyi mətbuat konfransında deyib.

Məzahir Pənahov deyib ki, ümumilikdə 5500 məntəqədə səsvermə keçiriləcək. Komissiya sədrinin sözlərinə görə, həmin məntəqələrin 1000-də vebkameralar quraşdırılılıb ki, onun da 20 faizində seçkiləri canlı izləmək mümkün olacaq.

Bundan başqa ilk dəfə 1200 məntəqədə əlil arabalarında hərəkət edən seçicilər üçün pantuslar quraşdırılıb.

Məzahir Pənahov daha bir yenilik barədə məlumat verib. O deyib ki, bu il Məkkəyə həcc ziyarətinə gedənlər üçün orda seçki məntəqəsi yaradılıb.

Komisiya sədri sosial şəbəkələrdə namizədlərin təşviqinə xeyli yer ayrıldığını bildirib və qeyd edib ki, bu şəraitdə heç bir şeyi gizlətmək mümkün deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG