Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:11

Naxçıvan büdcəsinin 81 faizə qədəri dotasiyadan formalaşacaq


Azerbaijan -- city of Nakhichevan

Azerbaijan -- city of Nakhichevan

-
Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri 2014-cü il üçün 350 milyon 500 min manat civarında proqnozlaşdırılır.

Bu haqda məlumat 2014-cü ilin ölkə üzrə büdcə layihəsində qeyd olunub.

Naxçıvana ayrılan məbləğ 2013-cü illə müqayisədə təxminən 18 milyon manat və ya 5,4 faiz çoxdur.

Planlaşdırıldığına görə xərclərin təxminən 67 milyon manatının muxtar respublikanın öz gəlirləri hesabına formalaşdırılacaq.

Hər il olduğu 2014-cü ildə də muxtar respublika büdcəsinin böyük hissəsi – 80,9 faizə qədəri dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşdırılacaq. Büdcənin gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsindən ayrılan vəsait 283,7 milyon manat təşkil edəcək.

Muxtar respublikada həyata keçirilən infrastruktur və sosial təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 2014-cü il dövlət büdcəsinin əsaslı vəsait qoyulmuş xərclərindən müvafiq məbləğdə vəsait ayrılacaq.
XS
SM
MD
LG