Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:41

Qırğızıstanda etiraz aksiyası davam edir


Qırğızıstanda etiraz aksiyası

Qırğızıstanda etiraz aksiyası

Qırğızıstanın İssık-Kul vilayətində yüzlərlə nümayişçi yolu kəsərək Kumtor qızıl mədəninin milliləşdirilməsini tələb edirlər.Karakol-Bişkek yoluna 400-dən adam yığışdığı xəbər verilir.

Aksiyaçılardan biri Abilas Usenbaev bildirib ki, aksiyaçılar yandırıcı butulkalarla silahlanıb və əgər polis yolu açmağa cəhd göstərsə müqavimət göstərəcəklər.

Polis dünən Karakol şəhərində aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.Aksiyaçılar dünən vilayət rəhbəri Emil Kaptagaevi bir neçə saat girov götürüblər.Polis aksiyanı dağıtdıqdan sonra o sərbəst buraxılıb.Aksiya zamanı 2 polis və 2 aksiyaçı xəsarət alaraq xəstəxanaya düşüb.

Prezident Almazbek Atambayev məsələni hərətərfli araşdırmağa çağırıb. Prokurorluq isə xüliqanlıq və zorakılıqla bağlı cinayət işi qaldırıb.

Kumtordakı qızıl mədəni ölkə iqtisadiyyatının 12 faizini təşkil edir.Bu mədən Kanada şirkəti ilə birgə istismar olunur. Yerli əhali isə mədənin milliləşdirilməsini tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG