Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:22

Qurbanlıq heyvanların ticarət yerlərinin siyahısını açıqlanıb


Kənd Təsərrüfatı nazirliyi oktyabrın 8-də Bakı şəhərində qurbanlıq heyvanların ticarət üçün ayrılmış yerlərin siyahısını açıqlayıb. Açıqlanan siyahıda ümumilikdə 22 ünvan göstərilib. Məlumatda qeyd olunur ki, baytar-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi məqsədilə zoobaytar mütəxəssisləri heyvanların kütləvi halda kəsim yerlərinə təhkim olunublar. Oktyabr 15-16-da Azərbaycanda Qurban bayramı qeyd edilir.

Zabrat qəsəbəsi, Kürdaxanı yolu, Zabrat dairəsi;
Lökbatan qəsəbəsi “Meyvəli” bazarının qarşısı, Sahil qəsəbəsi;
Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Keşlə bazarının qarşısı;
Binəqədi rayonu, 3-cü balıqçılar küçəsi;
Binəqədi rayonu, 8-ci mikrorayon, Rəsulzadə qəsəbəsi;
Binəqədi rayonu, Biləcəri qəsəbəsi;
Xətai rayonu, Nobel prospekti, “Nargilə” kafesinin qarşısı”
Xətai rayonu, Gəncə prospekti, “Fərid” şadlıq evinin yaxınlığında;
Suraxanı rayonu, Zığ qəsəbəsi;
Yasamal rayonu, Şərifzadə küçəsi, “İdeal” şadlıq sarayının yaxınlığında;
Suraxanı rayonu, Bülbülə qəsəbəsi;
Suraxanı rayonu, Əmircan qəsəbəsi;
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi;
Suraxanı rayonu, Hövsan qəsəbəsi;
Səbail rayonu, Bibiheybət yolu, 20-ci sahə, ticarət cərgələrinin arası;
Nizami rayonu, R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişdiyi yer;
Xəzər rayonu, Binə qəsəbəsi;
Xəzər rayonu, Qala qəsəbəsi;
Xəzər rayonu, Mərdəkan qəsəbəsi;
Xətai rayonu, Gəncə prospekti;
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi;
Xətai rayonu, Əhmədli qəsəbəsi;

Günün bütün mövzuları

XS
SM
MD
LG