Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:23

YAP "Azadlıq" və "Yeni Müsavat"-dan MSK-ya şikayət edib


Yeni Azərbaycan Partiyası (YAP) "Azadlıq" və "Yeni Müsavat" qəzetləri ilə bağlı MSK-ya şikayət edib.

Bu barədə partiyanın internet səhifəsində məlumat verilib.

Partiya hesab edir ki, Seçki Məcəlləsi səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmağı qadağan etdiyi halda hər iki qəzet 8 oktyabr saylarında prezidentliyə namizəd Cəmil Həsənlinin seçki təşviqatına həsr edilmiş geniş materiallar dərc ediblər.

YAP istəyir ki, MSK pozuntuları araşdırsın və məsələyə hüquqi qiymət versin.

Günün bütün mövzuları

XS
SM
MD
LG