Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:31

«Bizimlə diktat dili ilə danışmaq mümkün deyil»


Arxiv foto
Arxiv foto
-
İlham Əliyev: "Bizimlə diktat dili ilə danışmaq mümkün deyil"

Bunu dövlət başçısı İlham Əliyev oktyabrın 7-də hökumətin ilin 9 aylıq sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında deyib.

"Biz heç bir ölkənin daxili işinə qarışmırıq. Görəndə ki, kimsə bizim daxili işimizə qarışmaq istəyir əlbəttə ki, buna kəskin reaksiya verilir və biz buna da imkan vermirik... Bizimlə diktat dili ilə danışmaq mümkün deyil. Adekvat reaksiya olacaqdır və ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. Heç kimdən asılı, heç kimin qarşısında gözükölgəli deyil, öz yolu ilə, müstəqillik, inkişaf yolu ilə gedir və bundan sonra da gedəcək“.


"KORRUPSiYA AZƏRBAYCANDA OLMAMALIDIR"

İlham Əliyev çıxışında korrupsiyaya qarşı aparılan mübarizənin də effektli olduğunu deyib.

"Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi olmalıdır. Bu sahədə deyə bilərəm ki, yaxşı nəticələrimiz vardır.Korrupsiya Azərbaycanda olmamalıdır. Bu sosial bəlanı biz aradan götürməliyik.

Korrupsiya sosial-ədalət prinsiplərini pozur, cəmiyyətin uğurlu inkişafını əngəlləyir. Cəmiyyətin səyləri, dövlət siyasəti sayəsində biz korrupsiyaya qarşı daha da ciddi mübarizə aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə Azərbaycan bu göstəriciyə görə də dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır."

Dövlət başçısı deyib ki, korrupsiyaya qarşı uğurlu mübarizənin əsas şərtlərindən biri siyasi iradənin mövcudluğudur və siyasi iradə var.

"Bizim siyasi iradəmiz çox güclüdür. Cəmiyyətdə də korrupsiyaya qarşı mübarizədə çox güclü meyllər vardır. Elə etməliyik ki, Azərbaycan qeyd etdiyim kimi, bu sahədə də qabaqcıl ölkələrin sırasında olsun."

İlham Əliyev çıxışının sonuna da qarşıdan gələn prezident seçkilərinə toxunub.

"Əminəm ki, seçkilər ədalətli, şəffaf keçiriləcək. Azərbaycan xalqının iradəsi seçkilərdə tam şəkildə öz əksini tapacaq."

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG