Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:24

Azərbaycan filmi "Oscar" mükafatının uzun siyahısında!


"Çölçü" filmindən kadr, Youtube

"Çölçü" filmindən kadr, Youtube

-

Oxuzali.az xəbər verir ki, azərbaycanlı rejissor Şamil Əliyevin çəkdiyi "Çölçü" filmi Amerika Kino Akademiyasının bu ilki uzun siyahısına keçib - "Xarici dildə ən yaxşı film" nominasiyasında.

Ümumilikdə 76 ölkənin filmi bu mərhələyə keçib.

Ötən il "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş bu 80 dəqiqəlik bədii film çölü özünə yurd yeri seçmiş ulu və cavan çölçünün məhəbbəti haqqında nağılvari bir həyat hekayəsidir.

Sivilizasiyadan uzaq bir məkanda yaşayan ata-oğul dəvə sürüsü saxlayır. Film dəvənin doğulması ilə başlayır (APA).

Köhnə və yeni dünya arasında olan münaqişədən bəhs edən filmdə iki gəncin sevgi münasibəti də yer alır.

Ulunun ölümündən sonra çölə, qısa saçlı bir qız gəlir.

Və Çölçünün həyatına öz nağılını qatıb, onun həyatını dəyişir...



Filmin yaradıcı heyəti burda danışır.

Azərbaycanda çəkilən filmlər indiyəcən "Oscar"ın qisa siyahısına keçə bilməyib. 1994-cü ildə azərbaycanlı Rüstəm İbrahimbəyovun ssenari yazdığı "Günəşdən usanmışlar" filmi (Rusiya istehsalı) “Oscar”a layiq görülüb.

Bu ilki siyahıda Azərbaycanla eyni regiondan olan ölkələrin filmləri də yer alıb:

Georgia, "In Bloom," Nana Ekvtimishvili, Simon Gross;
Iran, "The Past," Asghar Farhadi,
Kazakhstan, "Shal," Yermek Tursunov,
Moldova, "All God’s Children," Adrian Popovici,
Russia, "Stalingrad," Fedor Bondarchuk,
Saudi Arabia, "Wadjda," Haifaa Al Mansour,
Turkey, "The Butterfly’s Dream," Yilmaz Erdogan,
Ukraine, "Paradjanov," Serge Avedikian, Olena Fetisova,

Bu ilki "Oscar"a iddialıların qısa siyahısı gələn il yanvarın 16-da, qaliblərin adları isə martın 2-də yekun mərasimdə elan olunacaq.

oxuzali.az

Günün bütün mövzuları

XS
SM
MD
LG