Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:29

Rusiya indi də Litva mallarını qadağan edir


Foto arxiv
Foto arxiv
Litva hökuməti Rusiyaya görə Ümumdünya Ticarət Təşkilatına müraciət etmək fikrindədir.

Buna səbəb Rusiyanın Litvadan süd məhsullarının idxalına qadağa qoymasıdır.
Litva prezidenti Dalia Grybauskaite bildirib ki, hökumət Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün bütün mümkün imkanlardan istifadə eləməlidir.

“Rospotrebnadzor” bazar ertəsindən Litvadan süd məhsullarının gətirilməsinə qadağa qoyub.

İdarə bunun səbəbini məshulların keyfiyyətinə lazımi nəzarətin olmaması ilə izah edir.
Avropa Birliyi bazar ertəsi Litvanın süd məhsullarının keyfiyyətinə etibar elədiyini bildirib.
XS
SM
MD
LG