Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:30

Yarımçıq qalan borc mübahisəsi,10 ailənin küçəyə atılma təhlükəsi...


Şikayətçi Müşfiq Əliyev

Şikayətçi Müşfiq Əliyev

-
"7 il əvvəl pulumu verib ev almışam. Mənə nə dəxli var ki, o binanı tikənin kiməsə borcu olub? Evi tikən öldürülüb, getsinlər borcu onun ailəsinin əmlakına yönəltsinlər. Mənim evimi niyə əlimdən alırlar?"

Mən o binadan 2006-cı ilin may ayında pul verib 92 kvadrat qeyri-yaşayış sahəsdi almışam. İndi məhkəmə qərar çıxarıb ki, binanı tikənin başqa iş adamına borcu olduğuna görə, mənə vaxtilə satılmış yer əlimdən alınıb həmin adama verilməlidir.

“PULUMUZU VERİB MƏNZİL ALMIŞIQ”

Bunları “Qaynar xətt”ə Xətai rayonu, Şirvani küçəsi, 2319-cu məhəllədə yaşayan sakinlər deyir. Onlarən deməsinə görə, bir neçə il əvvəl sahibkar Rövşən Rüstəmov tərəfindən tikilmiş binadan mənzil alıblar. Müqaviləni də Rövşən Rüstəmovla imzalayıblar. Rövşən Rüstəmov qətlə yetiriləndən sonra Muğan Kərimov adlı sahibkar binadakı 8 mənzil və 4 qeyri-yaşayış obyektinin boşaldılıb ona verilməsi ilə bağlı məhkəmədə iddia qaldırıb.

Bina sakini Müşfiq Əliyev:

“Nə Xətai rayon məhkəməsi, nə də Bakı Apellyasiya Məhkəməsi sahibkarın iddiasını təmin etmədi. Hər ikimizim vicdanlı alıcı olduğumuzu əsas götürərək toxunulmazlığımızla bağlı qərarlar çıxartdı. Ancaq sentyabrın sonunda Ali Məhkəmə qərar çıxartdı ki, binadakı 10 mənzil Muğan Kərimova verilməlidir. Həmin mənzilləri pul verib almış sakinlərin taleyi necə olacaq, məhkəmə bunu nəzərə almadı”.

“ƏLİMİZDƏ HƏR BİR SƏNƏDİMİZ OLA-OLA...”

Bina sakini Təranə Qasımova:

“Binanın sahibi, öldürülən iş adamı Rövşən Rüstəmov Muğan Kərimovdan vaxtilə müqavilə əsasında torpaq alıb. Bunun müqabilində ona bizim binadan aralıda tikdirdiyi 3 mərtəbəli obyekti verəcəyini və 60 min manat pul ödəyəcəyini notarial qaydada öz üzərinə götürüb. Rövşən Rüstəmov obyekti tikib versə də, 60 min manatı ödəməyib.

Şikayətçi Təranə Qasımova

Şikayətçi Təranə Qasımova

Çünki qətlə yetirilib. Rövşən Rüstəmovun ailəsi həmin pulu Muğan Kərimova ödəməkdən imtina edəndən sonra Muğan Kərimov məhkəmədə iddia qaldırıb ki, binadakı mənzillər, qeyri-yaşayış sahələri bizdən alınıb ona verilsin. Halbuki, 60 min manat binadakı bir mənzilin dəyərinin yarısıdır.

O isə binadan 8 mənzil və 2 qeyri-yaşayış obyekti tələb edib. Məhkəmə də tələbini yerinə yetirdi. Evlərimizi təmir etmişik, əlimizdə hər sənədimiz, neçə ildir rahat yaşadığımız halda indi bizi çölə atırlar”.

Sakinlər deyirlər, əllərindən aldıqları mənzillərə və qeyri-yaşayış sahələrinə dair alqı-satqı müqavilələri olsa da, Ali Məhkəmə bu müqavilələrə məhəl qoymayıb.

BORCLU ÖLDÜ, YAŞASIN PAYÇILAR...

İş adamı Muğan Kərimov bildirib ki, mübahisəli binadakı 8 mənzil və 2 qeyri-yaşayış sahəsini 2005-ci ilin iyul ayında müqavilə əsasında Rövşən Rüstəmovdan alıb. Həmin vaxt bina hələ tam hazır deyilmiş.

Aldığı mənzillərin və qeyri-yaşayış sahələrinin əvəzinə Xətai rayonu, Şirvani küçəsi 2319-cu məhəllədəki torpaq sahəsini və 60 min manatı müqavilə ilə Rövşən Rüstəmova verib. Rövşən Rüstəmov 1 ay ərzində mənzilləri ona təhvil verməli olsa da, maliyyə çətinliyinə görə tikintini başa çatdıra bilmədiyini bildirib.

2010-cu ildə ona məlum olub ki, Rövşən Rüstəmovun ona satdığı mənzillərdə başqa adamlar təmir işləri aparır. Məlum olub ki, bina sahibi 5 il əvvəl müqavilə ilə ona satdığı mənzilləri və qeyri-yaşayış sahələrini sonradan başqa adamlara da satıb.

Muğan Kərimovun bildirməsinə görə, Rövşən Rüstəmov həmin mənzilləri maliyyə çətinliklərinə görə satdığını bildirib. Rövşən Rüstəmov qətlə yetiriləndən sonra Muğan Kərimov məhkəməyə müraciət edib.

“QANUNSUZDUR”

Hüquqşünas Namizəd Səfərov

Hüquqşünas Namizəd Səfərov

Hüquqşünas Namizəd Səfərov bildirir ki, mənzili almış şəxslər vicdanlı payçılar hesab olunur. Bir sahibkarın pul borcunun bu işlərdən xəbərsiz payçıların hesabına ödənilməsi qanunsuzdur:

“Bir sahibkar ölübsə, onunla vaxtilə borc mübahisəsi olan başqa sahibkar bu məsələni ölmüş sahibkarın ailəsi ilə həll etməlidir. Borc ölmüş sahibkarın varislərinə qalan əmlaka yönəldilməlidir”.

Qeyd edək ki, Rövşən Rüstəmov 2011-ci il iyun ayının 8-də qətlə yetirilib. Onun qətlinə görə deputatlığa keçmiş namizəd, iş adamı Nadir Orucov bu il məhkəmə hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG