Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:50

«Bütün tərəflər yeni qaydaların icrası üçün birgə işləsələr...»


Gəlirlərə Nəzarət İnstitutunun loqosu
Gəlirlərə Nəzarət İnstitutunun loqosu
-
ABŞ-ın Nyu-York şəhərində mənzillənən Revenue Watch Institute-nun (Gəlirlərə Nəzarət İnstitutu) eksperti Alexsandra Gillies AzadlıqRadiosunun Azərbaycanda mədən sənayesində şəffaflıqla bağlı suallarını cavablandırıb.

- Mədən Hasilatı Şəffaflıq Təşəbbüsündə (MHŞT) hesabatların hazırlanması üçün yeni standartlar qəbul edilib. Yeni standartların əvvəlkindən köklü fərqi nədir?


- Zənnimcə, iki böyük dəyişiklik var. Birincisi, hər bir ölkə MHŞT üçün daha geniş məqsədlər müəyyən etməlidirlər. Və bu məqsədləri vaxt keçdikcə əhəmiyyətli olmasını izləməlidirlər.

Başqa sözlə, bu təşəbbüsün məqsədi nədir? Bu təşəbbüs hansı problemlərin həllinə yönəlib? Məsələn, ölkə vergi yayınmalarından narahatdırsa, onlar bu məsələyə aydınlıq gətirmək üçün MHŞT-dən istifadə edə bilərlər.

Və ya neft sektorunda korrupsiya böyük problemdirsə, ya milli neft şirkətinə nəzarət yoxdursa, MHŞT o məsələyə ünvanlanmalıdır. MHŞT artıq bir çox neft və mədən ölkələrində mövcud olan idarəetmə problemləri haqda susmamalıdır.

İkincisi, Yeni Standartlar daha geniş hesabatlılıq tələb edir. Əvvəllər MHŞT hesabatlarına yalnız gəlirlər haqda məlumat daxil idi. İndi ölkələr hasilat sənayesinin idarəedilməsinin müxtəlif aspektləri barədə məlumat açıqlamalıdırlar.

Bura hər bir hasilat lisensiyası, bu lisenziyaların verilməsi, milli hasilat şirkətlərinin fəaliyyəti, gəlirlərin xüsusi fondlara və yerli hökümətlərə ayrılması və şirkətlərin sosial xərcləmələri haqda məlumatlar daxildir. Beləliklə, hasilat sektorunun necə işləməsi ilə bağlı aydın təsəvvür yaranacaq; gəlirlər hardan gəlir və necə istifadə edilir.

- Azərbaycan və bənzəri kimi şəffaflıq və hesabatlılıq problemləri olan ölkələrə yeni standartlar nə verir? Yeni standartlar gəlirlərin idarəedilməsinə müsbət təsir edəcəkmi?

- MHŞT çox lazımlı alətdir, amma öz-özlüyündə qeyd olunan problemləri həll etməyəcək. Azərbaycanda idarəetmə problemlərinə korrupsiya, məhdud hesabatlılıq və dayanıqlı olmayan gəlirlərin xərclənməsi daxildir.

Əgər bütün tərəflər yeni qaydaların icrası üçün birgə işləsələr, bu qeyd olunan məsələlərin həllinə kömək edəcək. Yeni standard son mülkiyyətçi haqda məlumatın açıqlanmasını dəstəkləyir.

Bu, maraqlar konfliktinin qarşısının alınmasına (məsələn, siyasətçilər və onlara bağlı insanların hasilat sektorunda olan maraqları) kömək edər. Standart Vətəndaş Cəmiyyətinin azad və aktiv iştirakçılığını tələb edir, bu, hesabatlılığın artmasına kömək edər.

Standarta əsasən, xərclənmiş və saxlanılmış gəlirlərlə bağlı daha geniş hesabatlılıq olmalıdır. Belə açıqlamalar hökümətin gəlirlərin idarəedilməsi və xərcləmə ilə bağlı siyasəti ilə bağlı daha çox araşdırma aparmağa imkan verəcək.

Bütün bunlar çox lazımlı ola bilər. Amma yadda saxlamaq lazımdr ki, MHŞT yaxşı idarə olunan hasilat sektorunda mozaikanın kiçik bir hissəsidir.

- Yeni standartlara keçid Azərbaycanın Gəlirlərin İdarəedilməsi İndeksində yerini yaxşılaşdıra bilərmi? Neft Şirkəti AzadlıqRadiosunun “Açıq hökumət” verilişinə açıqlamasında Gəlirlərin İdarəedilməsi İndeksində Azərbaycanın yeri ilə razılaşmadıqlarını bildirmiş və onu subyektiv adlandırmışdı.

- Əgər Azərbaycan yeni standartları tam icra etsə, təbii, Gəlirlərin İdarəedilməsi İndeksində ölkənin yeri yüksələcək.

Məsələn, Standart hasilat sektoru müqavilələrinin açıqlanmasını dəstəkləyir. Hökümət bu tövsiyyəyə əməl etsə, Gəlirlərin İdarəedilməsi İndeksində balı artacaq. Eyni vaziyyət ARDHŞ və Neft Fondunun hesabatlılıq tələbləri ilə bağlıdır.

Yadda saxlamaq lazımdır ki, 2013-cü il Gəlirlərin İdarəedilməsi İndeksi şəffaflıq və hesabatlılıqla bağlı standart suallarla 58 ölkəni dəyərləndirib.

Bu ölkələri və zaman keçdikcə proqresi qiymətləndirmək üçün ümumi bir sistem yaradıb. Heç bir indeks mükəmməl deyil. Biz hamını izahat metodologiyasına və ölkələr üzrə suallara baxmağa dəvət edirik. Bütün bu məlumatlar bizim veb-saytda şəffaf şəkildə açıqlanır.

- Hökümət standartı vaxtlı-vaxtında və yaxşı icra etməzsə, hər hansı bir məsuliyyəti varmı?

- 2015-ci ildə Azərbaycanın yeni standartlara uyğun olub-olmadığı dəyərləndiriləcək. Ona görə indidən həmin standartların effektiv icrası üçün planlama aparmaq lazımdır.

SOCAR-ın loqosu
SOCAR-ın loqosu
Məsələn, yeni qaydalara əsasən ARDNŞ daha geniş məlumat verməlidir, eyni zamanda hökümətin neft payının alıcısı olan şirkətlər də məlumat verməlidirlər və bununla bağlı həmin şirkətlərlə iş aparılmalı, MHŞT və onun vacibliyi başa salınmalıdır.

Əgər MHŞT katibliyi ölkənin bütün yeni standartları icra etdiyini aşkarlayarsa, ölkə tam hüquqlu statusunda qalacaq. Əgər əksi olarsa, ölkə MHTŞ-dən çıxacaq. Adətən həqiqətin bu ikisi arasında olduğunu nəzərə alaraq, yeni standartların çoxunun icra olunduğu təqdirdə ökləyə artıq vaxt verilə bilər.

Amma bu hal 3 il dəyişməz qalarsa, ölkə MHŞT-dən çıxarılır. Özünü MHŞT lideri elan etmiş Azərbaycan üçün bu arzuolunmaz sonluqdur.

Çox ümid edirəm ki, yeni standartlarda minimum icra əvəzinə Azərbaycan bu imkandan istifadə edib, bu ölkədə geniş şəffaflıq və fəal hesabatlılığın mümkün olmasını nümayiş etdirə bilər.

- Yeni standartlar ölkədə korrupsiya səviyyəsinə təsir edi bilərmi?

- Mən inanıram ki, şəffaflıq korrupsiyanın qarşısını almağa kömək edir, baxmayaraq ki, bu, çox çətindir. Əgər siyasətçilər ictimaiyyətin, parlament və ya KİV-in onlara nəzarət etdiyini bilsələr, pis qərarvermə ilə bağlı risk artır.

Məsələn, ictimaiyyət hər bi hasilat lisenziyası alan şirkəti və şəxslərin adlarını bilərsə, hər hansı nazir öz ailə üzvünə lisenziya verilməsindən çəkinəcək. Bax belə yolla şəffaflıq korrupsiyanın qarşısını ala bilər.

Həmçinin, öz xalqının təbii resurslarının etibarlı qoruyucuları olan hökumətlərə də MHŞT bir xatırlatmadır. Bu böyük məsuliyyətdir, xüsusən Azərbaycan kimi neft sektorunun iqtisadiyyat üzərinə dominantlıq etdiyi ölkələrdə. Şəffaflıq və açıq ictimai debatlar hökümətləri hasilat sektorunu dar siyasi elitanın deyil, vətəndaşların maraqlarına uyğun idarəetməyə təhrik edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG