Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:37

Vasif Talıbov əkinin şırım üsulu ilə aparılmasının əhəmiyyətindən danışıb


Arxiv foto
Arxiv foto
-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

«Şərq qapısı» - 04.10.2013

…Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət” Toxumçuluq Təsərrüfatına gəlmiş, taxıl əkininin gedişi ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, bu günə qədər muxtar respublikada payızlıq taxıl əkini üçün 8 min 600 hektar sahədə şum aparılmış, 400 hektar sahədə səpin işləri başa çatdırılmışdır.

Əkin şırım üsulu ilə aparılır. Bu da məhsuldarlığın artırılmasında, torpaqların şoranlaşmasının qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.

Toxumçuluq təsərrüfatının taxıl əkini sahəsi 400 hektardır. Ərazidə torpağın münbitliyinin artırılması məqsədilə meliorativ tədbirlər həyata keçirilmiş, şoranlaşmanın və eroziyanın qarşısı alınmışdır.

Əkin zamanı yerli iqlim şəraitinə uyğun yüksək reproduksiyalı “Quality” toxum sortundan istifadə olunur. Əkinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin texnikaları cəlb olunmuşdur.

Bildirilmişdir ki, əkin zamanı əhəmiyyətli tədbirlərdən biri də taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Çünki sağlam cücərtilərin alınmasına həm də keyfiyyətli səpin aparmaqla nail olmaq mümkündür. Hazırda muxtar respublikanın taxıl sahələrində səpin və becərmə işləri aqrotexniki qaydalarda aparılır. Bu da məhsuldarlığın yüksəldilməsinə və bol məhsul istehsalına imkan verir.

Vasif Talıbov
Vasif Talıbov
Ali Məclisin Sədri muxtar respublikada taxıl əkininin şırım üsulu ilə aparılmasının əhəmiyyətli olduğunu bildirmiş, payızlıq taxıl əkininin optimal müddətdə başa çatdırılması, torpaq mülkiyyətçiləri arasında mütərəqqi əkin və becərmə üsullarının tətbiqi ilə bağlı maarifləndirici tədbirlərin aparılması barədə tapşırıqlar vermişdir.

MƏNTƏQƏLƏR SEÇKİYƏ TAM HAZIRDIR

Seçki hər bir xalqın həyatında mühüm ictimai-siyasi hadisədir. Çünki bu proses vasitəsilə xalq həm öz rəhbərini, həm də dövlət orqanlarında onu təmsil edəcək insanları seçir və bununla da, hakimiyyətin formalaşmasında iştirak edir. Azərbaycan qarşıdan gələn 9 oktyabr prezident seçkilərinə hazırlaşır.

Bu mühüm tarixi gündə xalq növbəti dəfə növbəti 5 il üçün öz Prezidentini seçəcək. İndi Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bu mühüm siyasi kampaniyaya ciddi hazırlıq işləri aparılır.

Hamıya məlumdur ki, Azərbaycanda beynəlxalq təşkilatların müsbət qiymətləndirdiyi seçki ənənəsi formalaşıb. Bu ənənə ədalətə, şəffaflığa söykənərək milli dəyərlərimizi də özündə əks etdirir. Bu siyasi günə bir neçə gün qalmış Naxçıvan şəhərindəki bir neçə seçki məntəqəsində olduq. Əvvəlcə 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinə baş çəkib vəziyyətlə tanış olduq.

Qeyd edək ki, seçki dairəsi 37 məntəqəni əhatə edir. Seçki məntəqələri yeni tikilmiş və ya əsaslı təmir edilmiş binalarda fəaliyyət göstərir.

4-3 saylı seçki məntəqəsi prezident seçkilərinə tam hazırdır. Seçki məntəqəsinin yerləşdiyi bina yüksək səviyyədə təmir olunmuş, telefonlaşdırılmış, lazımi avadanlıqlarla təchiz edilmişdir.

Məntəqənin önündə yerləşən lövhəyə seçici siyahıları vurulmuşdur. Hər bir seçici öz adının seçici siyahısında olub-olmadığını həmin siyahılar əsasında dəqiqləşdirə bilər.

Məntəqə seçki komissiyasının sədri Elbrus İsayev deyir ki, məntəqədə vətəndaşların seçki hüquqlarının qorunması üçün hər cür şərait yaradılmışdır.

Qeyd etdi ki, seçki günü məntəqə seçki komissiyası üzvlərinin öz vəzifələrini düzgün icra etmələri və səsvermə protokollarının təlimata uyğun doldurulması səsvermənin nəticələrinin müəyyən olunması baxımından çox vacibdir. Demək olar ki, məntəqəmiz bu vəzifələri icra etməyə tam hazırdır
XS
SM
MD
LG