Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:21

İsgəndərli kəndində Cəmil Həsənlinin müdafiəsi mitinqi keçirildi…


Masallıda Cəmil Həsənlinin təşviqat mitinqi
Masallıda Cəmil Həsənlinin təşviqat mitinqi
-
Oktyabrın 7-də Masallı rayonunun İskəndərli kəndində Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin təşviqat mitinqi keçirilib.

İskəndərli kəndi rayon mərkəzinin təqribən 2 kilometrliyində yerləşir. Təyin olunan vaxtdan 30 dəqiqə əvvəl mitinq keçirilən əraziyə əllərində İlham Əliyevi dəstəkləyən plakatlar tutan bir qrup gələrək Cəmil Həsənlini gözləyiblər.

Mitinqdə Cəmil Həsənli iştirak etməsə də, seçki qərargahının üzvləri Fuad Qəhrəmanlı, Gülağa Aslanlı, Laçın Əsgərli və Natiq Ədilov çıxış edərək namizədlərinin platforması barədə məlumat veriblər.

AzadlıqRadiosunun bölgə müxbiri xəbər verir ki, Cəmil Həsənlinin mitinqə gəlmədiyini görən əks tərəfin fəalları ərazini tərk ediblər.

Bu mitinq Milli Şuranın cənub bölgəsində keçirdiyi ilk təşviqat mitinqi olub.
XS
SM
MD
LG