Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:58

Da Vinci-nin yeni əsəri tapılıb!


Eskiz hazırda Luvrda saxlanılır.
Eskiz hazırda Luvrda saxlanılır.
-
İsveçrə banklarının birində Leonardo da Vinci-nin olduğu deyilən əsər saxlanılır.
Əsərdə İntibah dövrü rəssamlarının hamisi sayılan qraf Mantova-nın xanımı Isabella d’Este təsvir olunub.

Xəbəri «Corriere della Sera» qəzetinin «Sette» adlı cümə əlavəsi yayıb.

Qəzetin yazdığına görə, əsər 400 ildir kolleksiya toplayan italyan ailəsinə məxsusdur.
Laboratoriya təhlilləri əsərin intibah dövründə yaradıldığını ortaya çıxarıb.

Dünyanın adlı-sanlı sənət biliciləri də həmin əsərin Leonardo-nun fırçasından çıxdığını düşünür və bunu rəssamın 1499-cu ildə Isabella d’Este-nin portretinin eskizini çəkməsi ilə əsaslandırırlar.

Eskiz hazırda Luvrda saxlanılır. Həm eskizdə, həm də tapılan əsərdə Isabella d’Este profildən təsvir olunub və əlini qarnının üstünə qoyub.

Uzun müddətdir ki, mütəxəssislər rəssamın eskizi tamamlamadığını, ya da çəkilən portretin itdiyini güman edirdilər.

Hələ Da Vinci-nin müəllifliyi tam təsdiqlənməsə də, xəbəri yayan qaynaqlar rəsmin tapıldığını sensasiya kimi təqdim ediblər.

İndiyədək Da Vinci-nin 15 əsəri məlumdur. Onlardan 11-i 2011-ci ildə ilk dəfə bir yerdə London Milli Qalereyasında sərgilənib.

16-cı əsərin olub-olmayacağı bir neçə aydan sonra bilinəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG