Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:26

Kerry ilə Lavrov Suriya məsələsini müzakirə edib


John Kerry və Sergei Lavrov

John Kerry və Sergei Lavrov

ABŞ Dövlət katibi John Kerry ilə Rusiyanının xarici işlər naziri Segei Lavrov oktyabrın 7-də Asiya Sakit okean ölkələrinin İndoneziyada keçirilən sammiti çərçivəsində Suriya münaqişəsini müzakirə ediblər.

Kerry bazar günündən Suriyadakı kimyəvi silahların məhvinə başlanmasını yaxşı başlanğıc adlandırıb və qeyd edib ki, Suriya rejimi BMT təhlükəsialik şurasının qətnaməsinə əməl eləməlidir.Sentyabrın 28-də qəbul edilmiş bu qətnamədə Suriyadakı kimyəvi silahların məhvi və siyasi keçid planı müəyyən etmək nəzərdə tutulur.

Kerry qeyd edib ki, Sergei Lavrov da hesab edir ki, Suriya ilə bağlı sülh konfransını mümkün qədər tez keçirmıək lazımdər və bu hardasa noyabrın ikinci həftəsi baş tuta bilər.

Öz növbəsində Sergey Lavrov bildirib ki, Rusiya prezident Bashar Assadın qətnamınin şərtlərini yerinə yetirməsi üçün əlindən gələni əsirgəməyəcək.

Bashar Assad bazar günü dövlət qəzetinə müsahibədində deyib ki, Suriya kimyəvi silah istehsalına ənənivi silahlarla bağlı İsraillə Suriya arasındakı texniki boşluğu doldurmaq üçün 1980-ci illərdə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG