Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:52

12 minə yaxın azərbaycanlı ölkə xaricində səs verə biləcək


Azərbaycanın xaricdəki diplomatik missiyalarında 38 seçki məntəqəsi yaradılıb. 12 minə yaxın vətəndaş oktyabrın 9-da ölkə xaricində səs verə biləcək.

Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

“Seçki bülletenləri, protokollar xaricdəki bütün məntəqələrə göndərilib. Onlar MSK və XİN tərəfindən lazımi təlimatları alıblar”.

Diplomatik missiyalarda yaradılmış məntəqələrdə ümumən 12 minə yaxın Azərbaycan vətəndaşı qeydiyyatdan keçib. Ən çox seçici MDB ölkələrində qeydə alınıb.

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq diplomatik missiyada seçki məntəqəsi o halda yaradılır ki, orada azı 50 seçici qeydiyyatdan keçmiş olsun.
XS
SM
MD
LG