Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:26

Prezidentliyə namizədlərdən iki nəfər səsverməyə qatılmayacaq


Arxiv foto
Arxiv foto
-
Prezidentlik yarışına qoşulmuş 10 namizədin harada səs verəcəyi dəqiqləşdirilib.
Əvvəlcədən açıqladığı kimi, namizədlərdən İlyas İsmayılov prezident seçkilərində səsverməyə qatılmayacaq. O bu qərarını belə əsaslandırır:
«Özümə səs vermək düzgün olmaz, qoy başqaları mənə səs versin. Başqasına da səs vermək istəmirəm».
Prezidentliyə namizədlərdən Fərəc Quliyev də səsverməyə getməyəcək. O da seçkilərdə özünə və başqa namizədə səs verməyi doğru davranış saymır.
Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 6 saylı məktəbdə səs verəcək. İlham Əliyevin ailəsindən – oğlu Heydər Əliyev bu il ilk dəfə səs verməyə qatılacaq. Onlar 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı məntəqəsindən səs verməyə çağrılıblar.
Namizədliyini öz təşəbbüsü ilə irəli sürən Zahid Oruc Elitar Gimnaziyada səs verəcək. Burada 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı məntəqəsi yerləşir.
Prezidentliyə namizəd İqbal Ağazadə 19 saylı Nərimanov Birinci Dairə Seçki Komissiyasının 7-ci məntəqəsində səs verəcək. O, məntəqəyə saat 13:00-da gedib, səs verməyi planlaşdırır.
Qüdrət Həsənquliyev 172 saylı məktəbdə səs verəcək. Bu məktəbdə 16 saylı Yasamal rayonu İkinci Dairə Seçki Komissiyasının 20 saylı məntəqəsi yerləşir.
Hafiz Hacıyev səsverməyə səhər saat 9-dan gedəcək. 8 saylı Binəqədi DSK-nın 31-32 saylı məntəqəsində. Bu məntəqə 135 saylı məktəbdə yerləşir.
Başqa bir namizəd – Sərdar Cəlaloğlu harada səs verəcəyini hələ dəqiq bilmir. Dediyiə görə, cəmi 2 gündən sonra seçkilər olsa da, hələ ona və ailə üzvlərinə çağırış vərəqi gəlməyib:
«Seçkiyə 3 gün qalmışadək evlərə bildirişlər göndərilməlidir. Şəxsən mən prezidentliyə namizədəm, amma hələ nə mənim, nə də yaşadığım binadakı qonşularımın evinə bildiriş vərəqi göndərilməyib. İndi, görün bu bildirişlərin paylanması ilə bağlı vəziyyət necədir».
Araz Əlizadə 173 saylı məktəbdə səsverməyə qatılacaq. Deyir ki, onu nəvəsi – balaca Araz Əlizadə müşayiət edəcək.
Milli Şuranın namizədi Cəmil Həsənli 2 saylı Tunel Tikinti İdarəsində səs verəcək. Burada 17 saylı Yasamal Üçüncü Seçki Dairəsinin 6 saylı məntəqəsi yerləşir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG