Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:02

Dünya Bankı hesabat açıqlayıb


-
Dünya Bankı oktyabrın 7-də Dünya İnkişaf Hesabatını açıqlayıb. Hesabatda sürətlə inkişaf edən qloballaşan dünyada risklər və imkanlar arasındakı qarşılıqlı əlaqə təhlil olunub, bütün səviyyələrdə risklər araşdırılıb. İşin itirilməsi və xəstələnməkdən tutmuş, sosial çaxnaşma və ətraf mühitin zədələnməsinədək bütün risklər öyrənilib.

“Dünya İnkişaf Hesabatı 2014” adlı hesabatda xəbərdarlıq olunur ki, əgər diqqət verilməsə, bu risklər böhrana çevrilər və çətinliklə qazanılmış uğurların əksinə çevrilər, bu uğurlara gətirmiş islahatlara təhlükə yaradar. Hesabatda bildirilir ki, çıxış yolu riski önləmək üçün dəyişikliyi rədd etmək deyil, dəyişikliyin gətirdiyi imkanlara və risklərə hazırlaşmaqdır. Risklərin məsuliyyətlə və səmərəli idarəçiliyi, inkişaf etmədkə olan ölkələrdə və digərlərində təhlükəsizliyə və irəliləyişə gətirər.

Hesabata görə, müəyyən irəliləyişə baxmayaraq, bəzi adamlar hələ də müdafiəsizdirlər:

- İnkişaf etməkdə olan ölkələrdə yaşayanların 20%-dən çoxu günə 1.25 dollarla yaşayır, təxminən 75%-i isə 4 dollardan az pulun ümidinədir.-
- İnkişaf etməkdə olan ölkələrdə 70% əhali rəsmi maliyyə alətlərindən yararlanmır.-
- 1970-ci ildən 2011-ci ilədək 116 ölkədə 147 bank böhranı baş verib: böhranların ilk üç ilində yeni yaranan bazarlarda məhsulun orta itkisi 26% olub.
XS
SM
MD
LG