Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:57

Zahid Oruc: Mənə səs verənlərin qarşısında baş əyəcəyəm- [Video]


-
Oktyabrın 6-da prezidentliyə namizəd Zahid Oruc Bakıda seçicilərlə görüş mitinqi keçirib.
O çıxışında deyib: «Mən bu günlər ərzində mənə səs verin» deyə çağırış etmədim. Məndən səbəbini soruşdular. Mənim cavabım belədir ki, təki ideyalarımız qalib gəlsin. Onu kim yerinə yetirəcək vacib deyil. Bu mənada kimlərsə mənə səs verəcəksə ona təşəkkür edəcəm, qarşısında baş əyəcəm».
Heydər Əliyev ideyalarından danışan Zahid Oruc daha sonra əlavə edib:
«Azərbaycan tək bir dəfə Heydər Əliyevsiz oldu - 1988-1993-cü illərdə. Bütün fəlakətlərimiz də o dövrə düşdü. Oktyabrın 9-da Heydər Əliyev siyasətinə səs verin».
Prezidentliyə namizəd çıxışının sonunda ad çəkməsə də, rəqib namizədləri nəzərdə tutaraq «Bu meydanlarda yumruq düyünləyib şeir deyənlər oğullarınızı yenə qurban verəcəklər», «dövlətlə sizin aranızda uçurum yaratmaq istəyirlər» deyib.
Zahid Oruc çıxışını yekunlaşdırarkən deyib ki, seçkilərdə İlham Əliyev qalib gələcəksə, onu təbrik edəcək.
Azərbaycanda oktyabrın 9-da prezident seçkiləridir. Bu seçkilərdə 10 nəfərin namizədliyi qeydə alınıb. Zahid Oruc namizədliyini irəli sürdükdən sonra sədr müavini olduğu iqtidaryönlü Ana Vətən partiyasından uzaqlaşdırılıb.
Oktyabrın 7-də təbliğat başa çatır. Bir gün Azərbaycanda sükut günü elan ediləcək.

Şərhləri göstər

XS
SM
MD
LG