Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:42

Namizədlərin teledebatı başa çatdı- [Video]


-


Oktyabrın 5-də prezidentliyə namizədlərin 9-cu, həm də sonuncu televiziya debatı keçirilib. Sonuncu debatda 10 namizəddən 9-u özü iştirak edib. Debatın sonuna yaxın dialoq Cəmil Həsənli və daha 3 nəfər arasında gedib.

YAP-ın prezidentliyə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov: «Biz «İlhamla irəli» deyəndə, istəyirik ki, adambaşına düşən ümumdaxili məhsulun payı 10 min manat olsun. İstəyirik ki, növbəti 5 ildə insanlar daha layiqli həyat qura bilsinlər. Biz istəyirik ki, ölkəmizdə yoxsulluq bütünlüklə aradan qalxsın. İstəyirik ki, hər bir vətəndaşın ev almaq imkanı genişlənsin. Gənclərin ipoteka almaq şərtləri yüngülləşdirilsin».

İqbal Ağazadə: «Azərbaycan seçicisi düşünməlidir ki, biz sabaha necə gedəcəyik, necə yaşayacağıq. 20 ildə bu qədər dəyişməyən nələr varsa, demək, bunlar bundan artığını edə bilməyiblər. Bu hakimiyyəti dəyişmək lazımdır. Çox istərdim müəllimlər bu seçkilərdə öz mövqelərini bildirsinlər. Gəncliyə müraciət edirəm, Azərbaycan gəncliyi bu seçkidə öz sözünü deməlidir».

İlyas İsmayılov: (Sonuncu debatda özü iştirak edib) «Azərbaycanın ən əsas problemi Azərbaycan torpaqlarının işğalıdır. ATƏT-in Minsk Qrupu bu problemlə məşğuldur. Mən də həmişə demişəm ki, bu problemi ATƏT-in Minsk Qrupu həll edə bilməz. Biz bu formatdan imtina etməliyik. Bizim digər problemimiz korrupsiyadır. Biz korrupsiya ilə ciddi mübarizə aparmalıyıq. Bunun üçün ilk növbədə məmurlar gəlirləri haqqında bəyannamə təqdim etməlidirlər. Hesab edirəm ki, məmurlar həm də xərcləri barədə bəyannamə verməlidirlər. Vəzifəli şəxslərin sahibkarlıq fəaliyyətini qadağan edən qanun qəbul edilməlidir».

Hafiz Hacıyev: «Ölkəni içəridən dağıtmaq istəyən adamların iç üzünü açdım. Bununla bağlı seçicilərimdən çoxlu məktublar almışam. Onlar deyirlər siz düz eləmisiniz. Bu gün mənim ünvanıma təzyiqlər göstərirlər».

Fərəc Quliyev: «Bütün dünyada yaşayan azərbaycanlılara sahib çıxacam. Mən əsgəri öz övladı saymayan general və zabitlərə səslənirəm, mənə səs verməyin. Böyük və balaca cibgirlər, siz də mənə səs verməyin, mən seçiləcəyim halda sizə cəza veriləcək. Ölkəyə saxta dərmanlar, keyfiyyətsiz ərzaq gətirənlər, qətiyyən mənə səs verməyin. Biz hakimiyyətə gələcəyimiz halda bu hallara qarşı mübarizə aparacağıq. Savaşdan qorxanlar da mənə səs verməsin...».

Araz Əlizadə: «Gərək analar küçələrə düşüb süpürgəçilik etməsinlər, onun bunun paltarını yumasınlar. Müəllimlər repetitorluqla məşğul olmamalıdırlar, onlara o qədər maaş verilməlidir ki, onlar öz həyatlarını qura bilsinlər. Heç vaxt Milli Şuralara inanmayın. Onların əllərində bir kağız var, onun əsasında deyirlər ki, prezidentin hesabında 47 milyard pul var. Deyirlər ki, biz ölənəcən mübarizə aparacağıq. Nədir, biz yenidən qırğın edəcəyik? Bu gün mitinqdə dedilər ki, 2 milyon vətəndaş xaricdə işləyir. Yalandır. Mən statistik məlumatları götürmüşəm, çörəkpulu dalınca gedənlərin sayı 300 mindir. Saxloon...». (Cəmil Həsənlini yamsılayır).

Qüdrət Həsənquliyev: «Siz problemlərdən danışan prezidentliyə namizədə yox, problemləri həll edən prezidentliyə namizədə qulaq asın».

Cəmil Həsənli: «Gördünüz, İlham Əliyev debata gəlmədi. O burda oturan vəkillərindən heç də səviyyəli deyil».

Zahid Oruc: «Cəmil Həsənliyə ən böyük təhlükə elə o Milli Şurasıdır. O seçkidən sonra başının dəstəsi ilə xarici səfirliklərdən sığınacaq istəyəcək».

Əli Əhmədov: «Siz Cəmil Həsənli tərəfindən deyilən yalanların şahidi oldunuz. Düşünmürəm yalanlarla tərəfdarları artmış oldu. Sabirabada Milli Şuranın mitinqinə etiraz edilməsi də buna misal ola bilər. Yalanla, şərlə seçicilərin diqqətini cəlb etmək olmaz».

Sərdar Məmmədov: «Azərbaycanda tədrici keçid olmalıdır. Nə indiki iqtidarı, nə də müxalifəti birdən kənara atmaq olar. Koalisiya olmadan heç nəyə nail olmaq olmayacaq».

Araz Əlizadə: «Araz Əlizadəyə səs verin. Mən demişəm, bir də deyirəm - məndən qabaq Qarabağı kim azad etsə, mən həmin gün siyasətdən gedəcəm».

Cəmil Həsənli: «Deyirlər mən seçkidən sonra mühacirətə gedəcəm. Bura Milli Şuranın qərarı, millətimin iradəsi ilə gəlmişəm. Bundan sonra da millətimin azadlıq uğrunda mübarizəsində öndə dayanacam».

Zahid Oruc: «Qədimdə yezidlərin bir prinsipi var idi. Orda deyilirdi ki, ləkə at, yapışmasa da, izi qalacaq. Cəmil Həsənli mövqeyində məhz bu prinsipə dayanır».

Əli Əhmədov: «Təəssüf edirəm ki, Cəmil Həsənli kimi tamamilə təsadüfü, mənəvi keyfiyyətləri çoxlu suallar doğuran bir insan prezidentliyə namizəd qəbul olunub».

Hafiz Hacıyev: «Nə qədər mən Azərbaycanda varam, Cəmil Həsənli kimi adam, Kərimov Əli kimi, Qəmbərov İsa kimi adamlar hakimiyyətə gələ bilməyəcəklər. Açın kar qulaqlarınızı təmizləyin və eşidin».

Cəmil Həsənli: «Artıq burda neçə dəfədir mənim ermənilərlə qohumluğum haqqında danışılır. Mən irqçi deyiləm, amma bu ittihamı irəli sürən Hafiz Hacıyev eyni ittihamı Heydər Əliyevə qarşı da sürüb. O, cəmiyyətə elan elədi ki, Heydər Əliyevin anası ermənidir. İkinci dəfə Hafiz Hacıyevi ona görə həbs etdilər. İndi utanıb qızarmadan belə bir adamın dili ilə bizi təhqir eləməyə çalışırlar».

Zahid Oruc: «Cəmi beş gün sonra bu mövqeyinizə görə cəmiyyət qarşısında utanc hissi keçirəcəksiniz».

Əli Əhmədov: «Böhtan intellektin çatışmazlığının ən ali ifadəsidir. Biz 10 il bundan əvvəlkindən yaxşı yaşayırıq. Biz övladlarımızın taleyindən narahat deyilik. Əziz seçicilər, sizi İlham Əliyevə səs verməyə, ailənizin, özünüzün gələcəyinə səs verməyə çağırıram».

Hafiz Hacıyev: «Belə səviyyəsizlər Azərbaycan xalqına rəhbərlik etmək istəyirlər. Başdan-ayağa özünü idarə edə bilməyən adam şantajla danışır. Cəmil Həsənli, sən mal otarmaqla başlamısan, get malını otar».

Cəmil Həsənli: «Mən vətəndaşların işıq, qaz və su pulunu 2 dəfə azaldacam».

Zahid Oruc: «Vaxtilə fransız utopik sosialistləri də belə etmişdilər...».

Hafiz Hacıyev: «Bilmir su nədir, işıq nədir. 1992-ci ildə nə etdiniz ki, indi nə edəsiniz. Əziz seçicilər, bu «afyorlara» inanmayın».

Cəmil Həsənli: «Bəyan edirəm ki, müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin, Azərbaycana xidmət edən məmurların əməkhaqqını ilk addım olaraq 2-3 dəfə artıracam».

Zahid Oruc: «Dünənə qədər o məmur ordusunu özünüzə düşmən elan etmişdiniz, artıq gecdir».

Hafiz Hacıyev: «Bunlar heç «JEK» müdiri də olmayacaqlar».

Cəmil Həsənli: «Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycana gəlməsini asanlaşdıracam».

Zahid Oruc: «Gürcüstanda yaşayan azərbaycanlılar bu gün dövlətin ən yaxşı diqqəti altında yaşayırlar. Ona görə də manipulyasiya ilə məşğul olmayın, onlar sizə səs verən deyillər».

Hafiz Hacıyev: «Bu oğrular heç vaxt hakimiyyətə gəlməyəcək və başlarından böyük qələt edirlər».

Cəmil Həsənli: «Mən kadrları ailə, klan münasibətlərinə, korrupsiya və rüşvətlə deyil, öz intellekt və peşəkarlığına görə seçəcəyəm».

Hafiz Hacıyev: «Sizin Azərbaycan xalqına heç bir aidiyyətiniz yoxdur».

Cəmil Həsənli: «Mən pensiyaçılara müraciət edirəm. Onların layiqli həyatını təmin edəcəm. Onların pensiyasını 2-3 dəfə artıracam».

Zahid Oruc: «İmam Əli deyir ki, insanın hansısa bir ehtiyacından istifadə etmək özü də doğru mənəviyyat deyil».

Hafiz Hacıyev: «Bunlar hara gediblərsə, onları itlə qovublar. Biz də bunları çox pis vəziyyətdə Azərbaycandan qovub çıxaracağıq».

Cəmil Həsənli: «Mən Azərbaycan gənclərinə ipotekadan yaralanmaq haqqı verəcəm. İpoteka fondunu 20 dəfə artıracam».

Zahid Oruc: «O gənclər Azərbaycan dövlətinin yanındadır».

Hafiz Hacıyev: «Gənclik sizi qəbul etmir, siz gənclikdən heç bir dəstək ala bilməzsiniz».

Cəmil Həsənli: «Bu millət nə qədər ki, öz ölkəsinin sahibi deyil, bu oğrular bu millətin malını talan edəcək».

Hafiz Hacıyev: «Səsinizi verin mənə, gəlib bu cür satqınların hamısını məhv edim və rahat yaşayın. Məni seçsəniz, bunların hamısı ilə necə lazımdır elə rəftar edəcəm...».

Şərhləri göstər

XS
SM
MD
LG