Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:21

150 seçicinin ad günü 9 oktyabra təsadüf edir


-
Prezident seçkilərində iştirak edəcək ən yaşlı seçicinin 124 yaşı var.

Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində 500 minə yaxın seçici ilk dəfə səs verəcək. 150 nəfər seçicinin ad günü isə məhz oktyabrın 9-na təsadüf edir. Ölkə üzrə daimi seçicilərin 50.8 faizini qadınlar, 49.2 faizini isə kişilər təşkil edir.

Bu il yaşı 100 və 100-dən yuxarı olan 814 nəfər də builki seçkilərdə iştirak edəcək. İlin ən yaşlı seçicisi 89 saylı Göyçay-Ağdaş seçki dairəsində olan Ağdaş rayon sakini 124 yaşlı Gözəl Dadaşovadır.
XS
SM
MD
LG