Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:57

12 min iraqlı Amerikaya qaçıb


-
ABŞ prezidenti Barack Obama minlərlə İraq vətəndaşının Amerikada yaşamasına icazə verən qanunu imzalayıb.

Qanuna görə, bu hüquqdan Amerika ordusu ilə əməkdaşlıq etmiş və sonradan ölkəsində təzyiqlərə məruz qalanlar istifadə edə biləcək.

İraqlı ailələrin Amerikaya getməsinə şərait yaradan bu proqram 2007-ci ildə başlanıb. Həmin proqram nəticəsində indiyə qədər 12 min iraqlı Amerikada məskunlaşıb. Bu həftənin əvvəlində həmin proqramın müddəti başa çatıb. Nəticədə Amerikaya getmək istəyən 2 mindən çox iraqlı problemlə üzləşib.

Proqramın uzadılması üçün Senatda və Konqresin Nümayəndələr Palatasında müzakirələr aparılıb.
XS
SM
MD
LG