Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:39

Cəmil Həsənlinin seçicilərlə 5 oktyabr görüş-mitinqi- [Video]

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Bakının Yasamal rayonunda özünün son seçkiöncəsi mitinqini keçirib.

17:33 5.10.2013
«Millətimiz azadlıq uğrunda böyük bir mübarizəyə başlayıb və biz buna nail olacağıq».

«Bəyan edirəm Azərbaycan xalqından başqa bizim heç kimin qarşısında öhdəliyimiz yoxdur».

Cəmil Həsənli hicabla bağlı fikirlərini də açıqlayıb.

«Necə geyinmək hər kəsin öz azadlığıdır».

Bundan sonra aksiyaçılar «Hicaba azadlıq!» şüarları səsləndiriblər.

«Bir daha məhkəmə cəza alətinə çevrilməyəcək. Məhkəmə ədalət mühakiməsinə çevriləcək».
17:21 5.10.2013
Cəmil Həsənlinin çıxışı qısa musiqi fasilələri ilə davam edir. O, bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb etdi:

«Saxta ittihamlarla həbs olunan gənclərimiz azad olunmalıdırlar və olunacaqlar».
17:20 5.10.2013
Cəmil Həsənli müəllimləri təbrik etdi və onlara müraciət etdi: «Sizi müəllimlər günü ilə bağlı təbrik edirəm. Təhsilin xilas olması müəllimin ləyaqətli olmasından, ona verilən qiymətdən keçir. Biz buna nail olmalıyıq. Seçki məntəqələrində ən çox təmsil olunan sizlərsiz. İmkan verməyin sizlərdən istifadə etsinlər».

Mitinq iştirakçıları «İlham bəsdir!» şüarı səsləndirirlər.
17:05 5.10.2013
Foto: Natiq Ədilov
Foto: Natiq Ədilov

Cəmil Həsənli: «İdarə və müəssisələrdə təbliğat aparırlar ki, biz hakimiyyətə gəlsək, hamını işdən qovacağıq. Bizim isə bir iki nəfərdən başqa heç kimi işdən qovmaq niyyətimiz yoxdur. Biz məmur qardaşlarımızın ləyaqətli həyatını təmin edəcəyik».

Davamı

XS
SM
MD
LG