Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:17

SOCAR Gürcüstanda dizelin qiymətini müvəqqəti aşağı salıb


-
«SOCAR Georgia Petroleum» dizel yanacağının qiymətini aşağı salıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı törəmə şirkəti olan «SOCAR Georgia Petroleum»un rəsmi saytına istinadla ANSPRESS məlumat yayıb.

Məlumatda qeyd olunur ki, SOCAR brendi ilə fəaliyyət göstərən 105 yanacaqdoldurma məntəqəsində dizelin qiyməti 15 tetri aşağı salınıb.

Bundan əvvəl Gürcüstanda bu yanacağın qiyməti 1 lari 90 tetri (1.14 dollar) olub.

Şirkətdən bildirilib ki, maliyyə və iqtisadi cəhətdən Gürcüstanda yanacağın qiymətlərinin aşağı səviyyədə saxlanılması şirkət üçün çətindir:

«Ancaq əkin mövsümü başladığı üçün Gürcüstanda əhalinin dizel yanacağına tələbatı xeyli dərəcədə artıb. Buna görə də məsələ ilə bağlı Gürcüstan əhalisinin tələbini nəzərə alaraq şirkət bir müddətlik dizel yanacağının qiymətini aşağı salmaq qərarına gəlib».

Azərbaycanda dizelin qiyməti 45 qəpikdir. (57 sent)
XS
SM
MD
LG