Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:29

Cəmil Həsənlinin şəkilləri cırılıb


Cəmil Həsənli
Cəmil Həsənli
-
Lahıc qəsəbəsində Cəmil Həsənlinin şəkilləri yenə cırılıb.

Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının üzvü, İsmayıllı rayonu Lahıc qəsəbə sakini Oruc Novruzov deyib:

«Təbliğat-təşviqat materiallarının yapışdırıldığı lövhədən artıq neçənci dəfədir ki, Milli Şuranın namizədi Cəmil Həsənlinin şəkilləri gecə ikən cırılaraq götürülür. Bu göstərişin Qəsəbənin icra nümayəndəsindən gəldiyi bildirilir».

Lahıc qəsəbə icra nümayəndəliyinin sədri Fikrət Haqverdiyev deyilənləri böhtan adlandırır:

«Artıq neçənci dəfədir ki, Oruc Novruzov onlara böhtan atır, şantaj edir. Mənim başım çıxmır, onu bu həssas prosesə kim cəlb edib? Başqa adam tapmırdılar? Axı hamı kimi Cəmil Həsənli də bu xalqın övladıdır, namizəddir. Onun da haqqı var. Mənim işim-peşəm qurtarıb ki, şəkil cırım, cırdırım? Yaşımın bu vaxtında mənə yaraşmaz ki, belə iş görüm», - deyə icra nümayəndəlik sədri bildirib.
XS
SM
MD
LG