Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:09

Cəmil Həsənlinin təbliğatını aparan AXCP üzvünü saxlayıblar


-
AXCP-nin Sumqayıtdan olan üzvü Elçin Həsənov polisə müqavimətdə ittiham olunur.

Bu barədə AzadlıqRadiosuna o özü məlumat verib.

Dediyinə görə, oktyabrın 4-ü axşam saatlarında Sumqayıtda prezidentliyə namizəd Cəmil Həsənlinin seçki bukletlərini evlərə paylayarkən partiyanın digər iki üzvi ilə birlikdə saxlanıb:

«Sumqayıt polis idarəsinin əməkdaşları bizə zor tətbiq edərək maşınla şəhərin 1 saylı polis bölməsinə apardılar. Orda yol polisi əməkdaşları izahat yazdılar ki, guya mən içkili olmuşam, onları təhqir edib vurmuşam. Polisə müqavimət maddəsi ilə izahat yazaraq oktyabrın 5-də polisə gəlmək şərti ilə məni sərbəst buraxdılar».

Hazırda polis idarəsinə gəldiyini bildirən Elçin Həsənovun dediyinə görə, ona bir azdan məhkəməyə gedəcəklərini söyləyiblər:

«Hələ ki, polis idarəsinin qarşısında gözləyirik».

Sumqayıt polisindən AzadlıqRadiosuna bu barədə məlumatsız olduqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG