Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:45

3 BMT eksperti Azərbaycanda vəziyyətdən narahalıq bildirir


Bakı 26 yanvar 2013-cü ilç icazəsiz mitinq
Bakı 26 yanvar 2013-cü ilç icazəsiz mitinq
BMT-nin 3 müstəqil eksperti Azərbaycan hökumətini prezident seçkiləri dövründə insan haqları müdafiəçilərinin işini etiraf etməyə və onların bu işinə imkan yaratmağa çağırıb.

BMT-nin İnsan Haqları Ofisinin yaydığı məlumata görə, insan haqları ekspertləri bildirirlər ki, onlar 2011-ci ildən “narahatedici qanunvericilik təmayülünü izləyirlər” . Bu qanunvericilik təmayülü “vətəndaş cəmiyyətinə və insan haqları müdafiəçilərinə meydanı daraldır”.

“Biz vətəndaş cəmiyyətini və müdafiəçiləri məhdudlşadıran və onları sınağa çəkən mühitdən çox narahatıq”.

“Beynəlxalq insan haqları standartları ilə təşkil olunan bütün nümayişlərə icazə verilməli və şərait yaradılmalıdır. Dinc toplantılar gücdən istifadə və nümayişçilərin inzibati həbsi ilə qarşılaşmamalıdır, hətta belə toplantılar icazəsiz keçirilibsə.”
-Bunu BMT-nin sərbəst toplaşma azadlığı üzrə eksperti Maina Kiai bildirir.

BMT-nin insan haqları müdafiəçililəri üzrə Xüsusi Hesabatçısı Margaret Sekaggya isə hesab edir ki, “ vətəndaş cəmiyyətinin və insan haqları müdafiəçilərinin öz fikirlərini ifadə etməkdə, öz haqlarını və azadlıqlarını tələb etməkdə dinc toplaşma haqqı güclü vasitədir”.

BMT-nin ifadə azadlığı üzrə xüsusi Hesabatçısı Frank La Rue isə jurnalistlərin sıxışdırılmasından, gözünün qorxudulmasından xüsusi narahat olduğunu bildirir.

O həmçinin qanunvericilikdə olan defamasiya maddələrinin internetə də aid edilməsi ı haqda son düzəlişlərdən narahatdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG