Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:06

BMT ekspertləri Azərbaycanda vəziyyətdən narahatdır


BMT-nin 3 müstəqil eksperti Azərbaycan hökumətini prezident seçkiləri dövründə insan haqları müdafiəçilərinin işini etiraf etməyə və onların bu işinə imkan yaratmağa çağırıb.

İnsan haqları ekspertləri bildirirlər ki, onlar 2011-ci ildən “narahatedici qanunvericilik təmayülünü izləyirlər” . Bu qanunvericilik təmayülü “vətəndaş cəmiyyətinə və insan haqları müdafiəçilərinə meydanı daraldır”.

“Biz vətəndaş cəmiyyətini və müdafiəçiləri məhdudlşadıran və onları sınağa çəkən mühitdən çox narahatıq”.

“Beynəlxalq insan haqları standartları ilə təşkil olunan bütün nümayişlərə icazə verilməli və şərait yaradılmalıdır. Dinc toplantılar gücdən istifadə və nümayişçilərin inzibati həbsi ilə qarşılaşmamalıdır, hətta belə toplantılar icazəsiz keçirilibsə.”
-Bunu BMT-nin sərbəst toplaşma azadlığı üzrə eksperti Maina Kiai bildirir.
BMT-nin insan haqları müdafiəçililəri üzrə Xüsusi Hesabatçısı Margaret Sekaggya isə hesab edir ki, “ vətəndaş cəmiyyətinin və insan haqları müdafiəçilərinin öz fikirlərini ifadə etməkdə, öz haqlarını və azadlıqlarını tələb etməkdə dinc toplaşma haqqı güclü vasitədir”.

BMT-nin ifadə azadlığı üzrə xüsusi Hesabatçısı Frank La Rue isə jurnalistlərin sıxışdırılmasından, gözünün qorxudulmasından xüsusi narahat olduğunu bildirir.

O həmçinin qanunvericilikdə olan defamasiya maddələrinin internetə də aid edilməsi ı haqda son düzəlişlərdən narahatdır.
XS
SM
MD
LG